Reklamlar
» » Lənkaran rayon Osman Mirzəyev adına qarışıq tipli internat məktəbində üzə çıxan narazılıqlar

Lənkaran rayon Osman Mirzəyev adına qarışıq tipli internat məktəbində üzə çıxan narazılıqlar

03.08.17
Yazar: Admin
Oxunma sayı: 294
Bölmə: Xəbərlər
“Prezident İlham Əliyev hər il uşaq və yeniyetmələrin şəxsiyyət kimi formalaşmasına milyonlarla vəsait ayırdığı halda, İradə Axundova kimi şəxslər dövlətə və dövlətçiliyə qarşı oğurluq edirlər.

Lənkaran rayon Osman Mirzəyev adına qarışıq tipli internat məktəbində üzə çıxan narazılıqlar
Lənkaran rayon Osman Mirzəyev adına qarışıq tipli internat məktəbində üzə çıxan narazılıqlarBunu uşaqların cəmiyyətə, həmyaşıdlarına adaptasiyasını təmin etmək üçün “Sağlam gənclik, sağlam gələcək!” devizi altında layihələr həyata keçirən və bu məqsədlə iyunun 31-də növbəti layihəsini Lənkaran rayon Osman Mirzəyev adına qarışıq tipli internat məktəbində gerçəkləşdirmək üçün rayona yola düşən layihə rəhbəri, ADNSU-nun II kurs tələbəsi Fərid İsmayilov orada xoşagəlməz mənzərylə qarşılaşıb:

““Sağlam gənclik, sağlam gələcək” devizi altında başlatdığım layihəni Lənkaran, Şəki və Gəncədə keçirməyi düşünürdüm. Lazım olan vəsaiti toplayıb 10 gün ərzində 1200 km-i avtobusla qət edib məqsədimə çatacaqdım. Lakin maneələrlə qarşılaşdım”.

“Bura qapalı internatdır çəkiliş, layihə üçün icra hakimiyyətindən icazə alınmalıdır”

Fərid Versus.Az-a bildirib ki, layihəsini gerçəkləşdirmək üçün interantın direktoru İradə Axundovaya müraciət edib. Direktor, “bura qapalı internatdır, çəkiliş, layihə üçün icra hakimiyyətindən icazə alınmalıdır”– deyib. Eyni zamanda gənc tələbəni “narahat olma, çalışacam həll edəm, bu gün axşama kimi sənə xəbər verəcəm” vədi ilə yola salıb. Təbii ki, Fərid qaydalara əməl edəcəyini bildirib və peşə fəaliyyətindən irəli gələrək internatla bağlı qısa məlumatlar toplayıb. İ.Axundova ona bildirib ki, internatda 56 uşaq və yeniyetmə yaşayır. Hər gün uşaqlara 4 dəfə yemək verilir, tərbiyəçi, dayə və mühafizən öz işinə məsuliyyətlə yanaşır.

“Müşahidələrim məni təəssüfləndirdi”

…Fərid internatdan icazə cavabı gələnə qədər şəhərin küçələrini dolaşıb. Həmin vaxt İ.Axundova onun nömrəsinə zəng edərək, icra hakimiyyətinə gedib Könül adlı xanımla görüşməyi tövsiyə edib. Könül xanımla görüş baş tutub, amma müsbət cavab ala bilməyib. Oradan ona bir daha bildirilib ki, Lənkaranda icra hakimiyyətinə tabe olan yerlərdə icazəsiz çəkiliş və ya layihə etmək olmaz! Əlavə edib ki, bunun üçün Fərid ərizə yazıb, Prezident Aparatından icazə almalıdır. Üstəlik, rayon icra hakimiyyətinə ərizə ilə müraciət edəndən sonra yalnız 15 günədək “hə”-“yox” cavabının veriləcəyini deyiblər. Bir sözlə, 20 yaşlı universitet tələbəsi Fəridlə birlikdə internata, uşaqlara transfer ediləcək müsbət gənclik enerjisini və dost hədiyyələrinin qarşısı beləcə alınıb.

Fərid deyir ki, hələ İradə xanımla ilk görüşdən sonra internatın həyətindən çıxanda orada yaşayan 14-15 yaşlı yeniyetmələrin ondan siqaret istəməsi direktordan eşitdiyi müsbətlərin üstündən xətt çəkib, onu təəssüfləndirmiş və şübhələndirmişdi:

“Ətrafda mühafizənin olmadığını, uşaqların düzgün tərbiyə olunmadığını görüb bir az əvvəl mənə danışılanların yalan olduğunu hiss etmişdim. Həmin vaxt məndən siqaret istəyən uşağa siqaret verməyə məcbur idim. Çünki o, artıq həyəti tərk edib siqaret axtarmağa gedirdi. Düşünmüşdüm ki, gedib ya oğurluq, ya da hansısa başqa səhvlər edər. Sonra kirayədə qaldığım mənzilə gedib, saat 18:00-19:00 radələrinin, yəni iş vaxtının bitməsini gözlədim. Yenidən internata gedib şübhələrimə son qoymaq istədim. Bu dəfə heç kəs məni sorğu – sual etmədən həyətə daxil oldum. İşçi xanımların uşaqların yanında olduğunu görüb gəlişimin səbəbinə bəhanə olaraq İradə xanımın mobil telefon nömrəsini istədim. Halbu ki məndə onun nömrəsi var idi. Oranı tərk etməyə hazırlaşanda 16 yaşında bir yeniyetmədən məni çıxışa qədər ötürməsini xahiş etdim. Bu zaman başqa bir oğlan da bizimlə gəldi. Bu dəfə oğlanlar özləri mənə siqaret təklif etdilər. Mənimlə birlikdə internatın həyətindən çıxdılar. Söhbət edə-edə yaxınlıqdakı bir kafeyə gəldik. Oğlanlardan biri orada “XXX restoranı”nda işlədiyini dedi”.

Fərid uşaqlardan internatdakı həyatlarının necə keçməsi ilə maraqlanıb. Uşaqlar deyiblər ki, kişi tərbiyəçiləri yoxdur. Yeməklər pis bişirilsər də məcbur qalıb yeyirlər. Deyirdilər ki, əvvəlki direktorları “Pal sud”-dən verilən 6000 manatı yesə də, yenə də indiki müdirdən yaxşı olub. Beləcə, uşaqlar o ki var İradə xanımdan şikayət etdilər:

“İradəyə soz demək olmur, dərhal polisi cagırtdırıb bizi bölməyə aparıb döydürürlər. Bir dəfə tərbiyəçi anam haqqında pis söz demişdi. Qadını vurub onunla dalaşdım. Tərbiyəçi az qala məni boğurdu, dözə bilmirdim”.

Fərid İsmayılov: “Uşaqlar internat məktəbindən çox şikayət ediblər. Son olaraq qeyd edim ki, yazdığım hər sözə görə özüm məsuliyyət daşıyıram. İllərdir sosial və ictimai həyatda bacardığım hər bir işlə dövlətə, millətə xidmət edirəm. 10-dan çox layihənin rəhbəri olmuşam. Cəbhə bölgələrində yeniyetmələr üçün layihələr həyata keçirmişəm. Bütün KİV-dən məsələni ictimailəşdirməyi xahiş edirəm!”

Versus İnformasiya Agentliyi olaraq qarşı tərəfi də dinləmyə hazırıq.

Versus.Az saytına istinadən.


Müzakirə (0)