Reklamlar
» » Aparıcı Aytən Səfərova: "İki balamla ümidlə gözlədim, amma..."

Aparıcı Aytən Səfərova: "İki balamla ümidlə gözlədim, amma..."

21.07.17
Yazar: Admin
Oxunma sayı: 357
Bölmə: Xəbərlər
Aparıcı Aytən Səfərova: "İki balamla ümidlə gözlədim, amma..."
Aparıcı Aytən Səfərova sosial şəbəkədə jurnalistlərin binasında ona ev ayrılmamasında yazıb. "Qaynarinfo" xəbər verir ki, iki övladı olan tanınmış aparıcı bunu ədalətsizlik adlandırıb:

“Bir neçə il ümidlə yaşadım. Məktəbli qızım hətta otağının oboylarını təsvir edib günləri sayırdı. “Ana, prezidentimiz bizi sevindirəcək, az qalıb” deyib, sevincini gizlətmirdi.

11 yaşlı qızım prezidenti hamıdan güclü sayır. O qədər demişdim ki, prezidentimiz bizə ev verəcək. Bu da komissiyanın “ədalətli” və “hərtərfli” araşdırması. 255 nəfərdən nə qədər həmkar tanıyıram ki, doğrudan da layiqdir. Halal xoşları... Lakin elə jurnalistlər var ki, mənzil problemləri yoxdur.

Valideynlərimin evi uzun müddət adımda olub. Burada atam, anam və qardaşım böyük ailəsi ilə qalır. Bu ilin martında haqlı olaraq anama bağışladım, çünki anamın və atamın evi idi. Qardaşıma qalmalıdır. İki balamla gözlədik. Bu da son...

Mən – Aytən Səfərova 25 yaşlı, jurnalistikaya “dünən” gələnlər qədər olmadımmı, ay “ədalətli” komissiyanın üzvləri? Budurmu xalqın rəğbətini qazanan jurnalistə verdiyiniz dəyər?”.

REALNEWSİNFO.COM


Müzakirə (0)