Reklamlar
» » Ağdama gedən jurnalist yoxa çıxıb - Polisdən açıqlama - YENİLƏNİB

Ağdama gedən jurnalist yoxa çıxıb - Polisdən açıqlama - YENİLƏNİB

03.03.17
Yazar: Admin
Oxunma sayı: 318
Bölmə: Xəbərlər
Ağdama gedən jurnalist yoxa çıxıb - Polisdən açıqlama - YENİLƏNİB
Bir neçə gün əvvəl cəbhə bölgəsinə yollanan jurnalist İlqar Vəliyevdən xəbər almaq mümkün deyil.

Bu barədə jurnalistin dostları sosial şəbəkədə məlumat yayıblar. Onlar hazırda İ. Vəliyevə zəng çatmadığını bildiriblər. Bəziləri jurnalistin döyüldüyünü iddia edirlər. Jurnalistin Ağdam polisi tərəfindən saxlanıldığını da yayılan xəbərlər içərisindədir.

İlqar Vəliyev bir neçə mətbuat orqanında çalışıb, hazırda onun Azadlıq Radiosu ilə əməkdaşlıq edir.

BakiPost.az məsələ ilə bağlı Ağdam rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb. Şöbədən bildirilib ki, İlqar Vəliyev adda bir şəxs saxlanılmayıb: "Bizə səhər saat 10:00-dan bununla bağlı zənglər gəlir. Amma bizdə bu adda adam yoxdur. İlqar Vəliyev adlı vətəndaşı saxlamamışıq”.


Müzakirə (0)