Reklamlar
» » Laçın Suvarma sistemləri idarəsində analoqu olmayan özbaşınalıq- Araşdırma ŞİKAYƏT - Fakt

Laçın Suvarma sistemləri idarəsində analoqu olmayan özbaşınalıq- Araşdırma ŞİKAYƏT - Fakt

20.12.16
Yazar: Admin
Oxunma sayı: 1 262
Bölmə: Xəbərlər
Laçın Suvarma sistemləri idarəsində analoqu olmayan özbaşınalıq- Araşdırma ŞİKAYƏT - Fakt
Laçın Suvarma sistemləri idarəsində analoqu olmayan özbaşınalıq- Araşdırma ŞİKAYƏT - Fakt
Laçın Suvarma sistemləri idarəsində özbaşınalıq-ŞİKAYƏT

"Realnewsinfo.com" saytının elektron poçtuna Laçın rayonu Suvarma sistemləri idarəsinin müdirindən xeyli sayda şikayət var.Şikayətləri olduğu kimi dərc edirik.

"Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) bəzi yerli şöbələrində acınacaqlı vəziyyət hökm sürür. Məsul şəxslərin yerində olmaması və ya işlərinə istənilən səviyyədə məsuliyyət göstərməməsi nəticəsində bir sıra rayonlarda əkin sahələrinin suvarılması ilə bağlı böyük problemlər ortaya çıxıb. Son illər Laçın rayonunda torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, münbitliyin artırılması, şoranlaşmanın qarşısının alınması və təsərrüfatların suvarma suyu ilə təminatının yüksəldilməsi istiqamətində də heç bir iş görülməyib. Bu barədə redaksiyamıza məlumat verən və adının gizli qalmasını xahiş edən şəxsin sözlərinə görə, Laçın Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Maşallah Sadıqov ona tapşırılan işlərin öhdəsindən layiqincə gələ bilmir:
Laçın rayonun bir çox idarə müəssələrinde qanun pozuntularina yol verilir. Bəzi məmurlar dövlət büdcəsinin vəsaitini öz pulları hesab edərək sağa-sola necə gəldi xərcləyirlər. Amma bu məmureların içində özünə arxayın müdir Sadıqov Maşallahdır.
Maşallah müəllim ele hesab edir ki,Suvarma sistemlər idarəsi bunun biznes sahəsidir. Nəzərə alsaq ki,Bakı,Sumqayıt,Abşeron ve digər şəhər, rayonlarda yaşayan Laçın sakinlərini işlə təmin edir və işə gəlmiyə-gəlmiyə əməkhaqqı verir.
Bu əməkhaqqını bu şəhər və rayonlarda yaşayanlarla əlli-əlliyə əməkhaqqlarını mənimsəyir.
Bundan əlavə traktorların adına yanacaqlar yazılır ki ,insanların su problemlərinin həlli üçün amma bunların hamısı Maşallah muellimin cibinə axir .Bir sözlə Maşallah müəllim dövlətin əmlakını cibinə su kimi axıdır.
Maşallah müəllimdən yaxşı alverçi olardı idarə rəisi yox...
Nəzərinizə çatdırım ki, Maşallah Sadıqov pulunu biznes sahələrinə də yatırmaqdan çəkinmir. Araşdırmalarımız zamanı məlum oldu ki, Maşallah Sadıqovun
Maşallah m milyonluq dəyərində olan şəxsi kafesi onun biznes gəlirlərindən biri kimi fəaliyyət göstərir. Maşallah müəllimin idarəsində işçilərin adı var özü yox.Ölü canlardan ibarət idarə işçiləri işə gəlmədikləri üçün idarənin rəisinə aylıq haqq verirlər. İdarənin yanacaq ehtiyatı Laçın yanacaq doldurma məntəqəsinin müdiri ilə əl bir olaraq saxta yollarla satırlar.
Adı çəkilən idarə rəhbəri Maşallah Sadıqova hətda Laçın rayon İcra Başçısı Aqil Nəzərlinin Nə gücü çatmır nə də onunla bacara bilmir.
Gələn yazılarımızda Maşallah müəllimin şəxsi biznes obyektlərinin fotolarını təqdim edəcəyik.
Azərbaycan Respublikasının Möhtərəm Cənab Prezidenti İ.Əliyevin korrupsiyaya qarşı birgə mübarizə çağrışına qoşularaq adı çəkilən idarədə aidiyyəti orqanların araşdırma aparılması sakinlər tərəfindən tələb olunur. Gələn saylarımızda Hesablama Palatasının idarədə apardığı yoxlamaların nəticəsində üzə çıxan şok yeyintilər, Maşallah Sadıqovun hansı pullarla istirahət etməsi, həmçinin ondan tənqid yazan "jurnalistləri" hansı formada razı salması barədə məlumat verəcəyik. Buyurun, bu da sizə fakt. İdarə rəisi oliqarxlar səviyyəsində sərvətə sahibdir. Maraqlıdır, görəsən, o bu qədər mal-mülkü aylıq maaşı ilə əldə edib, yoxsa..? Fikrimizcə, aidiyyəti dövlət qurumları Laçın Suvarma Sistemləri İdarəsində yoxlamalara başlasa, bir sıra qaranlıq mətləblərə aydınlıq gətirilə bilər.
P.S Xatırladım ki, Bu il yanvarın 27-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə Sosial İqtisadi İnkişafı Dövlət Proqramı”-nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev deyib: “Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur munasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə dənümünəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər. Onlar xalqın xidmətçiləridirlər. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm.

Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə ciddi tədbirdə görülür, işində ciddi nöqsanlara yol verən məmurlar cəzalandırılır və bundan sonrad etimadı doğrultmayan məmurlar bundan sonrada cəzalandırılacaqlar. Məmurlar xalqın xidmətçiləridir, onların oturduqları kabinetlərin qapıları xalqın üzünə açıq olmalıdır. Onlar xalq üçün çalışmalı, sıx ünsiyətdə olmalıdırlar. Ölkə rəhbəri prezident İlham Əliyev çıxışında vurğulayıb.
Mən bir jurnalist olaraq bildirirəm ki, çox yaxşı haldır ki, ölkə rəhbəri Azərbaycandakı faktiki vəziyyət barədə dəqiq məlumata malikdir və zənnimcə, ölkə rəhbəri prezident cənab İlham Əliyevin bu çıxışı bəzi məmurlar üçün son olacaq.

Laçın rayonu Suvarma sistemləri idarəsinin müdiri Maşallah Sadıqov barəsində ilginc məlumatların ortalıqa çıxarılması üçün ciddi şəkildə JURNALİST TƏHQİQATI aparılır. Nəticələri irəliləyən araşdırmalarımızda təqdim edəcəyik. LAÇIN RAYON İCRA HAKİMİYYƏTİNİN RƏHBƏRLİYİNDƏN və eləcə də əlaqədar şəxslərdən araşdırmamıza yardımçı olmağı xahiş edirik. Məqalədə adları çəkilən şəxslərin də qarşı tərəf kimi münasibətlərini dinləməyə hazırıq....(təfərrüatı növbətı məqaləmizdə)

Mövzünu Diqqətdə Saxlayacağıq.


Araşdırmalarımız Davam Edir.


Xəbəri Hazırladı Jurnalist Araşdırmaçı Yazar Emin Ramazanov


Qarşı tərəfi də dinləməyə hazıriq

REALNEWSINFO.COM


Müzakirə (0)