Reklamlar
» » Əli Həsənov "Araz FM"-ə və öz "trol saytı"na nəzarəti itirdi

Əli Həsənov "Araz FM"-ə və öz "trol saytı"na nəzarəti itirdi

15.05.20
Yazar: Admin
Oxunma sayı: 98
Bölmə: Xəbərlər
Əli Həsənov "Araz FM"-ə və öz "trol saytı"na nəzarəti itirdi
Uzun illər prezidentin sabiq köməkçisi, baş media kuratoru Əli Həsənova məxsus olan dah bir neçə media strukturu əlindən çıxıb.
"Demokratik.Az"-ın əldə etdiyi bilgilərə görə, Əli Həsənovun oğlu Şamxal Həsənovun adına olan "Araz FM" radiosunun da təhvil-təslim prosesləri artıq yekunlaşıb. Ə.Həsənova aid olan Beynəlxalq Mətbuat Mərkəzində (BMM) yerləşən "Araz FM" radiosu iki gündür ki, yeni rəhbərliyin, "Xəzər TV"-nin kurasiyasına devr edilib. Xatırladaq ki, bir müddət əvvəl "Xəzər TV"-də Ə.Həsənovun oğlundan alınaraq, "Socar Media"nın balansına keçirilmişdi.
Əli Həsənov "Araz FM"-ə və öz "trol saytı"na nəzarəti itirdi
Bundan başqa, Əli Həsənovun xüsusi imtiyaz və "istedadlar"la "trollaşdırdığı" "aznews.az" adlı sayt da köhnə relsindən çıxarılıb.
Özəl mənbədən "Demokratik.Az"-a ötürülən iddialara görə, ötən ilin dekabrından etibarən Səbail rayon məhkəməsinin çıxardığı qətnamə ilə yayımına qadağa qoyulan sayt artıq millətvəkili, BAXCP sədri Qüdrət Həsənquliyevin ixtiyarına keçib.
Bundan sonra deputatın media maraqlarına xidmət edəcək sayt barədə yekun məhkəmə qərarı barədə sə məlumat verilmir.
Başqa bir iddiada isə deyilir ki, sayta rəhbərlik edən Taleh Şahsuvarlı da tezliklə baş redaktorluqdan rədd ediləcək.
Xatırladaq ki, adıkeçən sayt mütamadi olaraq Əli Həsənovun diqtəsi və maraqları ilə ölkənin bir sıra tanınmış şəxslərini - ziyalıları, ictimaiyyət nümayəndələrini, müstəqil media mənsublarını aşağılamaqla, barələrində yalan məlumatlar yayaraq nüfuzdan salmaqla məşğul olub.
Ötən həftə saytın "7 yaş"ının şərəfinə düzənlənmiş eyş-işrət məclisi və məclisdə təmsil olunmuş "Əliçi"lər diqqətçəkən olub...
Demokratik.Az




Müzakirə (0)