Reklamlar
» » Kəlbəcərin 34 yaşlı yeni icra başçısı kimdir? Cavid Qurbanovun yaxınıdır

Kəlbəcərin 34 yaşlı yeni icra başçısı kimdir? Cavid Qurbanovun yaxınıdır

15.05.20
Yazar: Admin
Oxunma sayı: 95
Bölmə: Xəbərlər
Kəlbəcərin 34 yaşlı yeni icra başçısı kimdir? Cavid Qurbanovun yaxınıdır
Prezident İlham Əliyev Azər Bəhlul oğlu Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.
Demokratik.Az-ın məlumatına görə, Azər Qocayev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt Dövlət Universitetinin Elektroenergetika və Enerji maşınqayırması fakültəsini bitirib.
Müxtəlif illərdə Bakı Elektrikşəbəkə ASC-də, Azərenerji ASC-nin Sumqayıt ES-də, Sumqayıt REŞ MMC-də, Azərişıq ASC-də mühəndis vəzifəsində çalışıb.
2017-ci ildən isə Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastruktur Departamentində bölmə rəisinin müavini, 2018-ci ildə İnfrastruktur Departamentində Elektrik təchizatı xidmətində xidmət rəisinin müavini, 2019-cu ildən isə Elektrik enerjisinin satışı və istifadəsinin səmərəliliyinə nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. Gənc Dəmiryolçu, Kəlbəcərin yeni icra başçısı Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, iki övladı var.
Bildirək ki, Azər Qocayev Azərbaycan Dəmir Yoilları QSC-nin sədri Cavid Qurbanovun ən yaxın adamlarından, sadiq dostlarından biridir. Kəlbəcərin sabiq icra başçısı, rayonun hazırki deputatı Aqil Məmmədov da baş dəmiryolçunun əmioğlusu idi...
Demokratik.Az


Müzakirə (0)