Reklamlar
» » Oqtay Şirəliyev istefa ərizəsini yazıb

Oqtay Şirəliyev istefa ərizəsini yazıb

30.10.19
Yazar: Admin
Oxunma sayı: 46
Bölmə: Xəbərlər
Oqtay Şirəliyev istefa ərizəsini yazıb
Moden.az-a daxil olan məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyev artıq istefa ərizəsini yazıb. Mənbə bildirir ki, bu, səhiyyə nazirinin sayca üçüncü istefa ərizəsidir. İddialara görə, onun bundan əvvəl müxtəlif vaxtlarda yazdığı iki ərizəsi qəbul edilməyib.
Bu dəfə isə situasiyanın fərqli olduğu bildirilir. Belə ki, Oqtay Şirəliyev istefa ərizəsini yazaraq, 3 həftəlik məzuniyyətə çıxıb. Onun məzuniyyətdən qayıtdıqdan sonra isə nazir kimi fəaliyyət göstərməcəyi bildirilir.
Saytımıza verilən digər məlumatlarda struktur islahatları çərçivəsində optimallaşdırma aparılacağı, Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, yaxud da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyilə birləşdiriləcəyi gözlənilir.


Müzakirə (0)