Reklamlar
» » Səhiyyə Nazirliyindən Oqtay Gülalıyevin durumu ilə bağlı AÇIQLAMA – Beyni əzilib – Hadisənin VİDEOSU

Səhiyyə Nazirliyindən Oqtay Gülalıyevin durumu ilə bağlı AÇIQLAMA – Beyni əzilib – Hadisənin VİDEOSU

30.10.19
Yazar: Admin
Oxunma sayı: 75
Bölmə: Xəbərlər
Səhiyyə Nazirliyindən Oqtay Gülalıyevin durumu ilə bağlı AÇIQLAMA – Beyni əzilib – Hadisənin VİDEOSU
Hüquq müdafiəçisi Oqtay Gülalıyev dünən axşam saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Klinik Tibbi Mərkəzə aparılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar:

“Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan City Hospitala köçürüblər. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır”.
Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevin bildirdiyinə görə, həkimlər atasının vəziyyətinin kritik olduğunu bildirirlər:

“Beynində qanın həcmi artıb. Gözlərindən birində bərəlmə var. Suni nəfəs verirlər”. (modern.az)


Müzakirə (0)