Reklamlar
» » Prezident daha bir sərəncam imzaladı

Prezident daha bir sərəncam imzaladı

22.10.19
Yazar: Admin
Oxunma sayı: 60
Bölmə: Xəbərlər
Prezident daha bir sərəncam imzaladı
Prezident İlham Əliyev Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Correct.az-ın məlumatına görə, sərəncamla Lənkəran rayonunda 90 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 2,3 milyon (iki milyon üç yüz min) manat ayrılır.


Müzakirə (0)