Reklamlar
» » Ramil Usubov vəkili döyən polislərə cəza yağdırdı – RƏİS MÜAVİNİNİ SİSTEMDƏN QOVDU

Ramil Usubov vəkili döyən polislərə cəza yağdırdı – RƏİS MÜAVİNİNİ SİSTEMDƏN QOVDU

09.06.19
Yazar: Admin
Oxunma sayı: 29
Bölmə: Xəbərlər
Ramil Usubov vəkili döyən polislərə cəza yağdırdı – RƏİS MÜAVİNİNİ SİSTEMDƏN QOVDU
Ötən ay Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsində gənc vəkil Orxan Kəngərlinin fiziki şiddətə məruz qalmasında adı hallandırılan polis əməkdaşları cəzalandırılıb.

Bu barədə Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Anar Qasımlı xəbər verib.

Vəkil bildirib ki, Daxili işlər naziri Ramil Usubovun əmri hadisədə adı hallanan Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin rəis müavini Yalçın Yaqubov Daxili İşlər Orqanlarından xaric edilib. Təhqiqatçı Elnur Rəşidov isə tutduğu vəzifədən azad edilib.

Nazirin əmri ilə əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq edilib.
Qeyd edək ki, mayın 30-da vəkil Orxan Kəngərli Binəqədi RPİ 4-cü PŞ-də şiddətə

Vəkillər Kollegiyasının sədri Anar Bağırov məsələni izləyəcəklərini və təqsirkar şəxslərin qanunda nəzərdə tutulan ən ciddi cəzaya məruz qalması üçün bütün addımları atacaqlarını demişdi.


Müzakirə (0)