Reklamlar
» » Torpaqlarımızın işğal tarixi SƏHV GÖSTƏRİLDİ – FOTO

Torpaqlarımızın işğal tarixi SƏHV GÖSTƏRİLDİ – FOTO

11.05.19
Yazar: Admin
Oxunma sayı: 23
Bölmə: Xəbərlər
Torpaqlarımızın işğal tarixi SƏHV GÖSTƏRİLDİ – FOTO
Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin milli qəhrəmanlarımızı tanıtmaq məqsədilə məktəblər üçün hazırladığı plakatda torpaqlarımızın işğal tarixi yanlış göstərilib.

Bu barədə məlumatı sosial şəbəkə istifadəçiləri paylaşıb.

Plakatda Xocalı, Şuşa və Laçının işğal tarixi səhv qeyd edilib.

Belə ki, Xocalının işğal tarixi 02.10.1992, Şuşanın 26.02.1992, Laçının isə 08.05.1992 işğal edildiyi bildirilib.

Qeyd edək ki, Xocalı 26.02.1992, Şuşa 08.05.1992, Laçın isə 18.05.1992-ci ildə işğal edilib.

Axar.az


Müzakirə (0)