Reklamlar
» » Məktəb direktorunun saxtakarlığı barədə Mehriban Əliyevaya müraciət olundu-ŞİKAYƏT

Məktəb direktorunun saxtakarlığı barədə Mehriban Əliyevaya müraciət olundu-ŞİKAYƏT

08.11.18
Yazar: Admin
Oxunma sayı: 76
Bölmə: Xəbərlər
Məktəb direktorunun saxtakarlığı barədə Mehriban Əliyevaya müraciət olundu-ŞİKAYƏT
Realnewsinfo.com RegionXeberleri.com-a istinadən xəbər verir ki, Ucar rayonu Qazqumlaq kənd 1 nömrəli tam orta məktəbin müəllimi İsmayılova Aygün Nurməmməd qızı tərəfindən RegionXeberleri.com-a şikayət məktubu daxil olub. Orta məktəb müəllimi Aygün İsmayılova mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayır. Şikayət məktubunu olduğu kimi oxuculara təqdim edirik.
"Bu şikayət ərizəmdə yazıb sizə bildirəm ki, Ucar rayonu Qazqumlaq kənd 1 nömrəli tam orta məktəbin direktoru Rəhim Rafiq oğlu Rəhimov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənə qarşı qanunsuzluq edib. Belə ki, mən 01 sentyabr 2009-cu il tarixdə Ucar rayonu Qazqumlaq kənd 1 nömrəli tam orta məktəbində ingilis dili tədrisi müəllimi vəzifəsinə işə qəbul edilmişəm. 2015-ci il tarixdə ailə həyatı qurduğum üçün 6 aylıq məzuniyyətə çıxdım. Sonra yenə işimi davam etdirdim.14 iyul 2017-ci il tarixdə analıq məzuniyyətinə çıxdım.Sonradan mənə məlum oldu ki, Ucar rayonu Qazqumlaq kənd 1 nömrəli tam orta məktəbin direktoru Rəhim Rəhimov mənim maaş kartımı özündə saxlamaqla hər ay məzuniyyət pulumu götürərək mənimsəmişdir. Mən maaş kartımı direktor Rəhim Rəhimovdan istədikdə o mənə bildirdi ki, 2016-cı il tarixdən sən işdən azad edilmisən.
Qeyd edim ki, işdən azad edilməyim barədə mənə heç bir məlumat verilməyib ki, bu açıq-aşkar ciddi qanun pozuntusudur. Bunu isə Ucar rayonu Qazqumlaq kənd 1 nömrəli tam orta məktəbin direktoru Rəhim Rəhimov həyata keçirib.
Məktəb direktoru Rafiq Rəhimovun qanunsuz əməlləri bununla bitmir. Ucar rayonu Qazqumlaq kənd 1 nömrəli tam orta məktəbində qanunsuzluq baş alıb gedir. İbtidai sinif müəllimi Gülnar müəllimə 5 ildən çoxdur ki, işə gəlmir onun maaş kartı direktor Rəhim Rəhimovun cibindədir.Bu cinayət əməlini təsdiq edən konkret subut odur ki, Gülnar müəlimin maaş kartından hər ay pulun kim tərəfindən çıxarılmasına dair bankomatda olan video görüntünü çıxarıb baxmaq kifayətdir. Həmin məktəbdə ingilis dilini tədris edən Gülər müəllim işə gəlmir deyə fənni onun əvəzinə Aytən müəllimə deyir. Ancaq Gülər müəllimənin adı işdə gedir, dərs jurnalına qeyd edilir.Bu saxtakarlıqlara yol verən direktor Rəhim Rəhimov Gülər müəlimin maaş kartından pulu çıxarıb mənimsəyir ki, bu faktıda bankomatda olan video görüntülərlə təsdiq etmək olar.
İşçilərin maaş kartını cibində gəzdirib əmək haqqısını mənimsəmək xəstəliyinə tutulmuş Ucar rayonu Qazqumlaq kənd 1 nömrəli tam orta məktəbin direktoru Rəhim Rəhimovun qanunsuz əməlləri yerində tam, hərtərəfli və obyektiv araşdırılmalı onun barəsində qanuna müvafiq tədbirlər görülməlidir.Qeyd edim ki, məktəb direktoru Rəhim Rəhimovun himayədarı sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovdur.Qazqumlaq Ziya Məmmədovun anadan olduğu kənddir.

Mən direktor Rəhim Rəhimovun qanunsuz əməlləri barədə prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Təhsil Naziri cənab Ceyhun Bayramova şikayət ərizəsi ilə müraciət etmişəm.
Mətbuat vasitəsi ilə Mehriban xanım Əliyevadan xahiş edirəm orta məktəbdə özbaşınalıqlar yaradıb qanunsuz əməllərlə məşğul olan Ucar rayonu Qazqumlaq kənd 1 nömrəli tam orta məktəbin direktoru Rəhim Rəhimovun qanunsuz əməllərini araşdırb onun barəsində ciddi tədbirlər görəsiniz.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...


Müzakirə (0)