Reklamlar
» » Təhsil Nazirliyində Məktəbli gündəliklərində Qarabağla bağlı bağışlanılmaz səhv - “Bu qədər şərəfsizlik, vicdansızlıq olmaz axı!” FOTOLAR - VİDEO ARAŞDIRMA

Təhsil Nazirliyində Məktəbli gündəliklərində Qarabağla bağlı bağışlanılmaz səhv - “Bu qədər şərəfsizlik, vicdansızlıq olmaz axı!” FOTOLAR - VİDEO ARAŞDIRMA

07.11.18
Yazar: Admin
Oxunma sayı: 3 804

Təhsil Nazirliyində Məktəbli gündəliklərində Qarabağla bağlı bağışlanılmaz səhv - “Bu qədər şərəfsizlik, vicdansızlıq olmaz axı!”  FOTOLAR - VİDEO ARAŞDIRMA
Məktəbli gündəliklərində başı-bəlalı torpağımızın xəritəsi meydana çıxıb. Buyurun bu da xəritə!
Təhsil Nazirliyində Məktəbli gündəliklərində Qarabağla bağlı bağışlanılmaz səhv - “Bu qədər şərəfsizlik, vicdansızlıq olmaz axı!”  FOTOLAR - VİDEO ARAŞDIRMA
Təhsil Nazirliyində Məktəbli gündəliklərində Qarabağla bağlı bağışlanılmaz səhv - “Bu qədər şərəfsizlik, vicdansızlıq olmaz axı!”  FOTOLAR - VİDEO ARAŞDIRMA
I-XI sinif şagirdləri üçün nəzərdə tutulmuş gündəlikdə azyaşlı məktəblilərə nələri bilmək təklif olunur.
Bu gün az qala hər kəs orta məktəb dərsliklərində ciddi qüsurların olmağından şikayət edir. Təhsildə yaranan problemlə bağlı bağlı araşdırmaçı-jurnalist Emin Haqq yazır. “Bu gün dərsliklərlə bağlı çoxlu iradlar səslənir. Ölkəmizdə yaranan təhsilnən bağlı problemlərdən dəfələrlə “Realnewsinfo.com”xəbər saytında yazsamda nə Təhsil Naziri nə də Nazirliyin əməkdaşları maraqlanmır. Mən başa düşə bilmirəm ki, Təhsil Naziri ölkədə nəyə və kimə xidmət edir? Gəlinən nəticə odur ki, dərsliklərdə kobud səhvlər, mövzu uyğunsuzluğu mövcuddur.
Təh­sil sis­te­min­də dərslik si­ya­sə­ti Azər­bay­can döv­lə­ti­nin stra­te­ji fə­a­liy­yət sa­hə­si­nə da­xil olan əsas is­ti­qa­mət­lər­dən bi­ri­dir. Or­ta ümum­təh­sil mək­təb­lə­ri üçün ha­zır­la­nan dərslik və­sa­it­lə­ri bu­ra­da ön xət­lər­dən bi­ri­ni təş­kil edir. "Bi­lir­si­niz ki, öl­kə­miz müs­tə­qil­lik əl­də edə­nə qə­dər dərslik­lər əsa­sən Moskva­da ha­zır­la­nır­dı. Ri­ya­ziy­yat, kim­ya, bi­o­lo­gi­ya, fi­zi­ka ki­mi fən­lər tər­cü­mə olu­nur­du. An­caq Azər­bay­can di­li, ədə­biy­yat, Azər­bay­can ta­ri­xi və sa­ir fən­lər isə o dərslik­lə­rin di­li­nə, üs­lu­bu­na uy­ğun­laş­dı­rı­la­raq bu­ra­da ha­zır­la­nır­dı. Müs­tə­qil­lik il­lə­rin­də isə biz bü­tün sa­hə­lər­də öz dərslik­lə­ri­mi­zi ya­rat­dıq. Şüb­hə­siz ki, bi­zim dərslik ha­zır­la­maq sa­hə­sin­də elə də təc­rü­bə­miz yox idi. Bi­zim o mü­va­fiq dərslik­lə­ri­miz ki, var idi, on­la­rı ta­nın­mış mü­tə­xəs­sis­lər ya­zır­dı. Təh­sil Na­zir­li­yi­nin nəz­din­də Azər­bay­can Təd­qi­qat Pe­da­qo­ji İnsti­tu­tu var idi, bu iş­də on­la­rın əmək­daş­la­rı, ali mək­tə­bin pro­fes­sor­la­rı da iş­ti­rak edir­di. Yə­ni on­lar bu pro­se­sə qo­şu­lur­du". Şüb­hə­siz ki, uzun il­lər­dir dərslik­lər­lə bağ­lı nə­in­ki ekspertlər, mü­tə­xəs­sis­lər, hət­ta va­li­deyn və şa­girdlər tə­rə­fin­dən mü­əy­yən səhvlər tu­tu­lur, nöq­san­lar səs­lən­di­ri­lir. So­si­al şə­bə­kə­lər­də bu ba­rə­də pay­la­şım­lar edi­lir. Dərslik mə­sə­lə­sin­də di­gər prob­lem­lər­dən bi­ri mətnlə­rə jar­qon söz­lə­rin sa­lın­ma­sı­dır. Dərslik­lər­də kü­çə söz­lə­ri­nin, uşa­ğa aid ol­ma­yan ifa­də­lə­rin ol­ma­sı ki­mi mə­sə­lə­lər də­fə­lər­lə gün­də­mə gə­ti­ri­lib".
Ye­nə də tək­rar edi­rəm ki, dərslik yaz­maq sa­hə­sin­də təc­rü­bə­siz­lik bir başa Təhsil Nazirinin şəxsən özü ölkəmizdə təhsilə biganə yamnaşması nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nır.
Hörmətli Təhsil Naziri Ceyhun müəllim unutmayın ki, gələcəyimiz təhsildən, təhsilimiz isə bir çox vacib amillərlə yanaşı, həm də dərsliklərin və tədris vəsaitlərinin keyfiyyətindən asılıdır. Biz təhsilimizin hazırkı durumunu uzun-uzadı təhlil etmək fikrində deyilik, baxmayaraq ki, bu sahədəki mövcud nöqsanlara, neqativ hallara, buraxılan səhvlərə biganə qalmaq da mümkün deyil. Zaman-zaman dərsliklərdəki problemlərin mətbuat tərəfindən önə çəkildiyinin şahidi olmuşuq. Düzdür, indi bu sahədə problemlər əvvəllki illərlə müqayisədə xeyli azalıb. Ancaq bu, elə spesfik bir sahədir ki, gərək səhv etməyəsən. Dərsliklər yazılarkən bəzən elmi səhvlər də buraxılır. Yəni belə səhvlərin buraxılmaması üçün kitab bir neçə dəfə korrektə olunmalıdır. Xüsusən ekspertlər tərəfindən redaktə və korrektə olunmalı, sonra çapa buraxılmalıdır. Elmi səhvlərin olmaması üçün ekspertlər özləri mütləq savadlı olmalıdırlar. Hazırda proses birbaşa Təhsil Nazirliyinin nəzarəti altında həyata keçirilsə də, yenə pərakəndəlik mövcuddur. Əlavə olaraq, belə bir faktı deyə bilərəm. Qarşımızdakı "TƏHSİL NƏŞRİYYAT-POLİQRAFİYA" MMC-nin I-XI sinif şagirdləri üçün bu il buraxdığı məktəbli kitabçası, daha doğrusu, şagird gündəliyidır.
Təhsil Nazirliyində Məktəbli gündəliklərində Qarabağla bağlı bağışlanılmaz səhv - “Bu qədər şərəfsizlik, vicdansızlıq olmaz axı!”  FOTOLAR - VİDEO ARAŞDIRMA
Təhsil Nazirliyində Məktəbli gündəliklərində Qarabağla bağlı bağışlanılmaz səhv - “Bu qədər şərəfsizlik, vicdansızlıq olmaz axı!”  FOTOLAR - VİDEO ARAŞDIRMA
Baxırsan, pis deyil. Dövlət Himnimiz, Azərbaycan haqqında coğrafi məlumat, ölkəmizin inzibati xəritəsi, məktəblilərin yadda saxlamağı vacib olan tarixi xronologiya, rayonlarımızın işğalı ilə bağlı qan yaddaşı, bayram və tətil günləri, ekstremal vəziyyətlərə cavabdeh qurumların operativ telefon nömrələri, bir sıra vacib yol nişanları, eləcə də tanınmış dünya filosoflarının və klassik Azərbaycan ədiblərinin elm və bilik haqqındakı müdrik kəlamları, atalar sözləri kitabçadan təkcə gündəlik yox, həm də yaddaş və məlumat mənbəyi kimi istifadə etməyə imkan verir.
Lakin, 2018/2019-ci tədris ili üzrə I-XI sinif şagirdləri üçün çap olunmuş məktəbli kitabçalarında çox kobud və bağışlanılmaz fakt aşkarlanıb. Belə ki, həmin gündəliklərdə işğal olunmuş 12 rayonumuz Ermənistan tərəfindən deyil, “erməni təcavüzkaları tərəfindən işğal olunmuş ərazilərimiz” kimi qeyd olunub.
Təhsil Nazirliyində Məktəbli gündəliklərində Qarabağla bağlı bağışlanılmaz səhv - “Bu qədər şərəfsizlik, vicdansızlıq olmaz axı!”  FOTOLAR - VİDEO ARAŞDIRMA
Əslində isə illərdir elə Ermənistan da Azərbaycan torpaqlarının məhz bir qrup erməni tərəfindən işğal olunduğunu iddia edir. Bununla da bir dövlət olaraq Azərbaycan torpaqlarını işğal etdiyini üzərindən atmaq istəyir. Hörmətli Təhsil Naziri bu sadaladıqlarımla ölkəmizdə təhsilin bir gözünü kor etməyiniz danılmaz faktdır. Keçək təhsilimizin ikinci gözünə. Hələ məktəbli gündəliyində nöqsanlar bununla bitmir. Azərbaycanın xəritəsində də bağışlanılmaz səhvlər var. Xəritədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazimiz Ağdərə rayonu göstərilmir. Bununlada demək istəyirsiniz ki, Azərbaycanın Təhsil sistemində korluq var yada ki, təhsilimiz kordur. Bəs bizim gələcəyimiz sizin bu diqqətsizliyinizlə hara gedəcək? Ola bilər təhsil sahəsində çalışan bəzi savadsızların gözləri kordur. Kordur ona görə ki, bu boyda siyasi səhvləri edir və özlərini görməməızliyə vurur.

UNUTMA!

1. Xocalı 26.02.1992
2. Şuşa 08.05.1992
3. Laçın 18.05.1992
4. Xocavənd 02.10.1992
5. Kəlbəcər 02.04.1993
6. Ağdərə 17.06.1993
7. Ağdam 23.07.1993
8. Cəbrayıl 23.08.1993
9. Füzuli 23.08.1993
10. Qubadlı 31.08.1993
11. Zəngilan 29.10. 1993
12. Xankəndi 26.12.1991

Hər halda gündəlikdə o da qeyd edilib ki, Məktəbli kitabçasının bu nəşri Azərbaycan Respublikası Təhsil İnstitutunun Tədris resuslarının metodologiyası və Tədrisin keyfiyyəti şöbələri tərəfindən baxılaraq məqsədəuyğun sayılmış və tövsiyə edilmişdir (164/03 nömrəli 01.05.2017-ci il tarixli məktub).
Xəbər saytımızın əməkdaşları bu məsələ ilə bağlı həmin poliqrafiyanın rəhbərliyini təmsil edən Elşən adlı şəxs ermənistan tərəfindən işğal olunmuş neçə rayonumuz var sualına cavab verə bilmədi. Hələ bu azmış kimi, verdiyimiz sualla bağlı deyir ki, Ağdərə rayonu olsun xəritədə yada olmasın onun nə fərqi var ki. və sonunda qeyd edir ki, gedin nə bilirsiniz, kimə deyirsiniz deyin sizə yaxşı yol!!!
Sonra Təhsil Nazirliyinin qaynar xəttinə zəng edərək bu məsələ ilə bağlı açıqlama istədik.
TƏHSİL NAZİRLİYİNDƏN BİZƏ VERİLƏN CAVAB - Həmin məktəbli satışda olduqu üçün biz heç bir valideyini məcbur edə bilmərik gedin məhz həmin məktəbli kitabçasından alın. Ölkədə bütün məktəblərdə pulsuz məktəbli kitabçaları verilir. Yaxşı olar ki, valideyinlər həmin məktəbli kitabçalardan götürərək övladlarına versinlər.
Qeyd edim ki, bəs Təhsil Naziri nəyə baxır ki, həmin bu satışda olan məktəbli kitabçalarından şagirdlər alaraq məktəblərə götürə bilir? Təhsilimiz bu qədərmi nəzarətsiz qalıb? Demək şagirdlərin ürəyi məktəblərdə nə istəsə geyinəcək, necə istəsə hərəkət edəcək, digər tərəfdən də müəllim heyyəti və Təhsil Naziridə bu kimi problemləri göz görə-görə bir yandan ört basdır edəcəkmi?

Əziz və hörmətli Azərbaycan xalqım! Siz deyin Təhsil Nazirini bağışlamaq olarmı?


Biz ona əminik ki, Azərbaycanın dövlət qurumlarının standartlarında torpaqlarımızın Ermənistan tərəfindən işğal olunduğu var. Ona da əminik ki, müvafiq qurumlar rüsvayçılığı aradan qaldırmaq üçün şəkillərlə sizə təqdim etdiyimiz bu məktəbli gündəliklərinin satışnı qadağan edəcək, yaxud da məktəblərdə ondan istifadənin qarşısını alacaq. Əks halda təhsildə yaranan bu kimi neqativ halların qarşısı alınmazsa bizim üçün, xalq üçün, ölkə üçün,tariximiz üçün, gələcəyimiz üçün təhlükəlidir!!!


Bizdən demək, yazmaq, göstərmək, yerdə qalanı dövlət qurumlarının üzərinə düşür. Məsələyə Azərbaycan Xarici İşlər Nazirliyinin də reaksiyasını gözləyirik.

Saxtakarlıq edən bir qrup şəxs barəsində ilginc məlumatların ortalıqa çıxarılması üçün ciddi şəkildə JURNALİST TƏHQİQATI aparılır. Nəticələri irəliləyən araşdırmalarımızda təqdim edəcəyik. Əlaqədar şəxslərdən isə araşdırmamıza yardımçı olmağı xahiş edirik.


Tezliklə sizə bu qanun pozunutuları ilə bağlı olaraq tam ətraflı baş verən özbaşınalıqları və digər əldə etdiyimiz faktları "Realnewsinfo.com" xəbər portalı vasitəsilə çatıraram.

Problemin varlığını və eləcədə bütünlüklə bu məsələləri diqqətimizdə saxlayacağıq.

XƏBƏRİN ARDI VAR !!!

Yazıda adı çəkilən şəxslərin fikirlərini dinləməyə hazırıq.

XƏBƏRİ HAZIRLADI ARAŞDIRMAÇI - JURNALİST EMİN HAQQ

"REALNEWSİNFO.COM" PORTALI İLƏ ƏLAQƏ: tel; (+99450)-330 73 07 , e-mail "Realmediagrouptv@gmail.com"
Şahidi olduğunuz hadisə barədə bizə xəbər edin:
055 349 97 72 (WhhatsApp)


Müzakirə (0)