Reklamlar
» » Xəzər rayonu Binə qəsəbəsində Bayrağımıza qarşı hörmətsizlik - VİDEO "REALNEWSİNFO.COM"

Xəzər rayonu Binə qəsəbəsində Bayrağımıza qarşı hörmətsizlik - VİDEO "REALNEWSİNFO.COM"

23.10.16
Yazar: Admin
Oxunma sayı: 1 607
Bölmə: Xəbərlər / Video
Xəzər rayonu Binə qəsəbəsində Bayrağımıza qarşı hörmətsizlik - VİDEO "REALNEWSİNFO.COM"
"REALNEWSİNFO.COM"- Bu dəfə Xəzər rayonu Binə qəsəbə icra numayəndə sədri təyin olunmuş Tahir Əliyev bayrağımıza hörmətsizliyi ilə gündəmə gəldi.
O bayraq ki, uğrunda böyük münaqişlər olur, dövlətlər arasında münasibətlər korlanır. Ölkəsini təmsil eləyənlər qələbə qazananda başı üstünə bayrağını qaldıranda qürurdan, fərəhdən ürəyi dayanır sanki.
Bəs, o bayrağı miskin vəziyyətə kim salıb? Ayağa qalxaq, hesab soruşaq! Kimdir o? Külək. Bəli, sadəcə külək.
"Kimisi bu bayrağı ölkədə və xaricdə yüksəklərə qaldırır, Tahir Əliyev isə qəsəbə ərazisində magistral yolun kənarında Üç rəngli Bayrağımızın cırıldığını görərək özünü görməməzliyə vurur".
Bəlkə də Tahir müəllim Xəzər rayonu Binə qəsəbəsinin mərkəzindən asılmış bu cırılmış və solğun bayrağı Xəzər rayonu binə qəsəbəsindəki daş karxanasındakı motoru tökülmüş hansısa KAMaz maşınından sallanmış mazutlu əski parçası zənn edir…Amma və lakin…
Azərbaycanda Dövlət bayrağına sayğısızlıq Binə kimi qəsəbənin icra numayəndəliyində sədr səviyyəsində olanda amma və lakinlər adamın beynini parçalayır. Xəzər rayonun Binə qəsəbəsinin maşınların gediş-gəliş yolunun duz ortasında rast gəlinən bu fakt, bayrağımızın cırılmış və solğun vəziyyətdə asılması kimin və nəyin marağına xidmət edir, bax bu sual da elə Tahir Əliyevə ünvanlanır. Beləki qəsəbənin mərkəzi küçələrinin birində asılmış cırılmış Dövlət bayrağının dalğalanan VİDEO GÖRÜNTÜSÜ…diqqətlə baxın:

Bu Bayrağı Tahir Əliyev görmürmü? Konstitusiyaya görə hörmət olunası üç atributdan biri də məhz bayraqdır! Yenə də amma və lakin… bunu uzatmaq da olar…amma görünür bu gün Binə qəsəbəsində yolun düz kənarında cırılmış dalğalanan bayrağın Tahir Əliyevə aidiyyatı yoxdur…
Bunu deyə bilərəm ki, Bayrağa hörmət sözdə deyil, əməldə olmalıdır.

Mövzünu Diqqətdə Saxlayacağıq.


Araşdırmalarımız Davam Edir.


Xəbəri Hazırladı Jurnalist Araşdırmaçı Yazar Emin Ramazanov


Qarşı tərəfi də dinləməyə hazıriq

REALNEWSİNFO.COM


Müzakirə (0)