Reklamlar
» » Türkiyə Naxçıvanda hərbi bazasını qurarsa… – “O zaman Moskva ilə Ankara danışacaq”

Türkiyə Naxçıvanda hərbi bazasını qurarsa… – “O zaman Moskva ilə Ankara danışacaq”

22.10.19
Yazar: Admin
Oxunma sayı: 87
Türkiyə Naxçıvanda hərbi bazasını qurarsa… – “O zaman Moskva ilə Ankara danışacaq”
Türkiyənin “Sülh çeşməsi” hərbi əməliyyatından sonra Suriya üzrə senari yenidən cızılacaq.

Politoloq Məhəmməd Əsədullazadə Redaktor.az-a açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşünə münasibət bildirib.
Türkiyə Naxçıvanda hərbi bazasını qurarsa… – “O zaman Moskva ilə Ankara danışacaq”
Politoloq hesab edir ki, bu danışıqlar digər görüşlərdən fərqli olaraq çətin və Suriya münaqişəsində Ankaranın roluna tam aydınlıq gətirəcək:

“Astana formatında Türkiyə daha da əlini gücləndirib. ABŞ Suriyanın şimal-şərqindən çıxır, YPG terror təşkilatı fiaskoya uğrayıb, Ankara bufer zona yartamaq planını reallaşdırır. Bundan əlavə, Türkiyə ilə ABŞ arasında 13 maddəlik müqavilə imzalanıb. Putin Ərdoğanla ona görə üzbəüz danışqlar aparmağı qərara alıb ki, Ankara kifayət qədər uğur əldə edib və Suriya münaqişəsində əsas oyunçu vəziyyətinə gəlib. Təbii ki, ABŞ qarşısında şərtlərini diqtə edən Ankara sabah Rusiya qarşısında da buna gedə bilər. Ona görə də Putin Ərdoğanla bir sıra məsələlərdə razılığa gəlməyi planlayır. İlk öncə Putin çalışacaq ki, Ərdoğanla Əsəd arasında münasibətlər normallaşsın. Ərdoğanın buna getməsi mümkündür. Əvvəldən Ərdoğan rejim qüvvələrinin YPG ərazilərində yerləşməsinə etiraz etməyib, hətta “Sülh çeşməsi” əməliyyatına başlayan zaman Dəməşqə məlumat verib. Bu görüşdən sonra Ankara -Dəməşq arasında əlaqələrin bərpası mümkün ola bilər. Məhz Soçi görüşü qabağı Trampın Türkiyəyə qarşı ordu yeridə biləcəyi kimi Pompeonun açıqlaması Ankaraya mesajdır”.

M. Əsədullazadə vurğulayıb ki, Putin-Ərdoğan görüşü Suriya münaqişəsinin həllinə və tezləşməsinə gətirə bilər:

“Putin Ərdoğandan ASO-nu buraxması və bu ərazilərin tədricən Əsəd ordunun nəzarətinə verməsini müzakirə edəcək. Ərdoğanın da Putindən istəkləri var. Bura YPG terror təşkilatına Əsəd ordusunun dəstək verməsini dayandırması, Suriya sərhəddə qaçqınları yerləşdirməsinə problemlərin yaradılmaması, Əsəd ordusunun bufer zonaya yaxınlaşmaması kimi məsələlər ətrafında istəkləri mümkündür. Suriya üzərində Türkiyə-Rusiya və İran razılaşması tam mümkündür. Burada İran Türkiyənin Suriyada iştirakını qəbul etməsə də reallıqla barışmalı olacaq. Yaxın Şərdə əsasən Suriya münaqişəsində Türkiyə öz mövqeyini gücləndirir. ABŞ-sız Suriya münaqişəsi Rusiyanın moderatorluğu ilə həll ediləcək”.

Politoloq vurğulayıb ki, Suriya məsələsində Rusiya və Türkiyə ciddi anlaşırsa, Qarabağ məsələsində də bunu etmək mümkün olacaq:

“Türkiyə Naxçıvanda hərbi bazasını qurarsa, Moskva-Ankara arasında intensiv Qarabağ danışıqları mümkün ola bilər. Regionda yeni proseslərə və dəyişikliklərə gətirə biləcək situasiya yaşanır. Bunun ölkəmizə də təsirləri qaçılmazdır”.


Müzakirə (0)