Reklamlar
» » “Əmək pensiyaları haqqında” Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib

“Əmək pensiyaları haqqında” Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib

19.02.19
Yazar: Admin
Oxunma sayı: 129
“Əmək pensiyaları haqqında” Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib
“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

"Realnewsinfo.com" Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

O qeyd edib ki, bu dəyişikliklə ölkədə əmək pensiyalarının minimum həddi müəyyənləşdiriləcək və bundan sonra əmək pensiyaları 116 manat yox, 160 manat olacaq:

“Bu artım ümumilikdə ölkədə 233 minə yaxın əmək pensiyaçısına, xüsusilə əlil olan pensiyaçılara şamil olunacaq. Dəyişikliklər qəbul olunduqdan sonra martın 1-dən qüvvəyə minəcək. Bunun üçün bu ilin dövlət büdcəsindən 41 milyon, gələn il isə 49 milyon ayrılacaq”.

Dəyişikliklər layihəsi səsə qoyularaq qəbul edilib.
[media=//baku.tv/az/watch/6844/]

"REALNEWSİNFO.COM" PORTALI İLƏ ƏLAQƏ: tel; (+99450)- 330 73 07 , (+99455)- 349 97 72 e-mail "Realmediagrouptv@gmail.com"
Şahidi olduğunuz hadisə barədə bizə xəbər edin:


Müzakirə (0)