Reklamlar
» » “XƏZİNƏ” Milli Mükafatı dünya təcrübəsinə əsaslanır (MÜSAHİBƏ)

“XƏZİNƏ” Milli Mükafatı dünya təcrübəsinə əsaslanır (MÜSAHİBƏ)

15.09.19
Yazar: Admin
Oxunma sayı: 56
“XƏZİNƏ” Milli Mükafatı dünya təcrübəsinə əsaslanır (MÜSAHİBƏ)
"XƏZİNƏ” Milli Mükafatı layihəsinin rəhbəri, "Yenigundem.az” xəbər portalının baş redaktoru Təbriz Məhərrəmoğlunun "AMVPRESS.AZ” informasiya portalına müsahibəsini təqdim edirik.

- "XƏZİNƏ” Milli Mükafatının keçirilməsində məqsəd nədir?
- Lahiyəni keçirməkdə məqsəd odur ki, öz sahəsində fərqlənənləri və peşəkarları dəyərləndirməkdi. İdeya olaraq insanlarımızı bir araya gətirib cəmiyyətə sosial mesaj ötürməkdir. Biz birlikdə daha güclüyük. Bütün bunları alaraq "XƏZİNƏ” Milli Mükafatını təsis etdik.

- XƏZİNƏ-də kimlər olacaq?
- Xəzinədə dövlət nümayəndələri, millət vəkilləri, xalq artistləri, iş adamları, sənət adamları və müxtəlif sahələrin simaları iştirak edəcəklər. Bununla bağlı daha ətraflı məlumatı "Instagram” sosial şəbəkəsində @khazinanationalawards səhifəsindən əldə edə bilərsiniz.

- Ölkəmizdə bir-neçə mükafatlandırma layihələri icra edilir. Buna münasibətiniz necədir?
- İlk olaraq onu qeyd edim ki, iş görən hər kəsə uğurlar arzulayıram. Dünya təcrübəsinə baxsaq mükafatlandırmalar media qurumları və Qeyri-Hökumət Təşkilatları (QHT) tərəfindən keçirilir. "XƏZİNƏ” Milli Mükafatı dünya təcrübəsinə əsaslanır.

- "XƏZİNƏ” Milli Mükafatının digər mükafatlandırmalardan fərqi nədir?
- Xüsusi onu vurğulayım ki, bu milli mükafatlandırmadır. Ölkəmizdə öz sahəsində fəaliyyət göstərən və peşəkarlıq nümayiş edən insanlar xəzinəmizdə toplanacaqlar. Biz layihəni media şəxsləri olaraq icra edəcəyik.

- Layihədən gözləntiləriniz nələrdir?
- Layihədən əsas gözləntimiz ictimai və sosial insanlarımızı bir araya toplayaraq xəzinəmizi nümayiş etdirməkdir. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ili "Nəsimi ili” elan etməsi bizim layihəyə məsuliyyətli yanaşmağımızın stimuludur. Tarixi şəxsiyyətlərimiz Azərbaycanın xəzinəsidir. Həmçinin, Azərbaycanın böyük tarixi şəxsiyyətlərindən biri olan Nizami Gəncəviyə toxunan sözü, yəni xəzinə anlayışını layiqli təmsil edəcəyik.


Müzakirə (0)