Reklamlar
» » REALNEWSİNFO.COM saytının əməkdaşları Xəzər rayonu İcra hakimiyyətinin başçısı İslamov Gülağa Bayram oğlunun doğum günü münasibəti ilə təbrik edir

REALNEWSİNFO.COM saytının əməkdaşları Xəzər rayonu İcra hakimiyyətinin başçısı İslamov Gülağa Bayram oğlunun doğum günü münasibəti ilə təbrik edir

20.12.18
Yazar: Admin
Oxunma sayı: 1 554
REALNEWSİNFO.COM  saytının əməkdaşları Xəzər rayonu İcra hakimiyyətinin başçısı İslamov Gülağa Bayram oğlunun doğum günü münasibəti ilə təbrik edir
"Realnewsinfo.com" saytının əməkdaşları Xəzər rayon İcra hakimiyyətinin başçısı İslamov Gülağa Bayram oğlunun 70 illik münasibəti ilə təbrik edir, Realnewsinfo.com-un məlumatına görə, təbrikdə deyilir:

“HÖRMƏTLİ İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI!

Gülağa İslamov ömrününüzün 70 vərəqli ömür kitabının hər səhifəsi müxtəlif döngələrdən, çətinliklərdən keçdiyindən bioqrafiyanız çox zəngindir.

Hər bir insan ömrü məqsədlər, arzular naminə mübarizədir. Bu mübarizədə tədbirli olanlar, məqsədə çatmaq üçün doğru yol seçənlər sonda mütləq uğur qazanır, ömrün zirvəsinə-ahıl çağına üz ağlığı, baş ucalığı ilə gəlirlər. Sizin şəxsiyyətinizi xarakterizə edən keyfiyyətlər Şərq müdrikliyi ilə Qərb soyuqqanlılığının siyasi dünyagörüşündə son dərəcə dəqiqliklə vəhdət təşkil etməsindədir.
Sizin öm­rü­nüzün, ya­ra­dı­cı­lı­ğı­nızın pa­lit­ra­sı çox zən­gin­dir, əl­van­dır, çox­çe­şid­li­dir...
Ulu öndərimiz Heydər Əliyevin bəşəri ideyalarının çiçəklənməsi naminə həyata keçirdiyiniz məqsədyönlü fəaliyyətiniz nəticəsində Xəzər rayonu davamlı tərəqqi və yüksəliş mərhələsinə qədəm qoymuş, dinamik inkişaf, iqtisadi-siyasi modernləşmə Xəzər rayonu beynəlxalq aləmdə nüfuzunu artırıb. Vaxtilə 14-cü Lüdovik deyirdi ki, mənə "dövlət adamlar” lazımdır. Diqqət etdinizsə, ifadə bir qədər siyasi leksionumuzdakı "dövlət adamı” kəlməsinə oxşayır. Lakin bu zahiri bənzərlikdir. Əsil həqiqətdə isə fransız hökmdarı tamam ayrı xüsusiyyətləri özündə təcəssüm etdirən insanları nəzərdə tuturdu. Adamların mənəvi dünyasına nüfuz etməyi bacarmaq, ictimai ruhu və siyasi axınları bəsirət gözü ilə duymaq və mənafe savaşlarında hər zaman dövlətçilik maraqlarını uca tutmaq şəxsiyyəti tamam başqa bir varlığa çevirir. Dövlət qarşısında yüksək xidmətlərinizə görə fransız hökmdarının nəzərdə tutduğu obraza tam uyğun gəlirsiniz. Aristokratlıqınız, dövlət ədəbi və ərkanınız, liderinizə sonsuz bağlılıqınız əyani dövlət dərsliyi hesab oluna bilər. Məhz ona görə də prezident İlham Əliyev sizə yüksək qiymət verib, qədirbilənlik və etibar göstərərək 18 Dekabr 2018-ci il Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildiniz. Azərbaycan Respublikasının 2-ci dərəcəli "Vətənə Xidmətə Görə" fəxri adının verilməsi bütün Xəzər rayon sakinlərinin və sizi tanıyanların sevincinə səbəb olmuşdur. Xəzər rayonu sizin sayənizdə siyasi, sosial-iqtisadi, mədəni-humanitar sahələrdə əldə etdiyi yüksək nəticələr və möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik, eyni zamanda rayonun imici daha da möhkəmləndirilib. Mən açığını deyim ki, sizi Xəzər rayonunun onurğa sütunu hesab edirəm. Çünki idarəetmə mexanizmini, dövlət strukturlarını, siyasəti mükəmməl bilən yeganə şəxslərdən birisiniz. Ona görə ki, siz Heydər Əliyev məktəbini keçmisiniz. 70 yaş az yaş deyil, amma yaşa baxmayaraq bu gün çox yüksək səviyyədə, enerji ilə çalışırsınız. Hesab edirəm ki, Azərbaycanda bu keyfiyyətdə dövlət xadimlərinin olması vacibdir. Dövlət təkcə müəyyən idarəetmədən ibarət deyil. Dövlətin keyfiyyət göstəricisi həm də gələcəyin strategiyasının doğru müəyyən olunmasından keçir.

Sizin informasiya və KİV inkişafına göstərdiyiniz diqqət və qayğı bizi sevindirir. Gələcək fəaliyyətimizdə rəhbərlik etdiyiniz Xəzər rayonundan müsbət işlərinizdən yazmağı özümüzə borc bilirik

Yenə bir fikrə söykənirəm ki, öz amalını, öz istəyini özündən sonra gələnlərin ürəyinə, beyninə həkk edə bilmək də böyük səadətdir. Və siz bunu bacardınız, Cənab Başçı! Şair Osman Sarıvəllidən gələn bir fikirdir ki, hər kim 100 il yaşamasa, günah onun özündədir. Amma mən bu sözləri başqa cür ifadə etmək istərdim. Kim istəməz ki, uzun və mənalı yaşasın?! Mən dualarımı ancaq Tanrıya edərək, ondan bu möhləti istəyirəm. Yaxşını da, pisi də görən Allahım, o mübarək günü bizə qismət elə! Ömrün yüzündə görüşək, Gülağa müəllim!
Sizi ad gününüz, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl Bayramı münasibətilə REALNEWSİNFO.COM-un işçiləri adından səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm.

P.S Tarixdə böyük şəxsiyyətlərin yaranması prosesi mövcuddur və labüddür. Hər əsrdə məhz tarixi şəxsiyyətlər dünyanın inkişafına təsir edir, öz intellektual səviyyəsi, nadir istedadı, təkrarolunmaz qabiliyyəti sayəsində bəşəriyyətə yeniliklər gətirir.

Hörmətlə: Emin Haqq


Müzakirə (0)