Reklamlar
» » Bir görüşün tarixi - Heydər Əliyevlə ilk görüşüm xatirəmdə qaldı... + FOTO - VİDEO

Bir görüşün tarixi - Heydər Əliyevlə ilk görüşüm xatirəmdə qaldı... + FOTO - VİDEO

08.12.18
Yazar: Admin
Oxunma sayı: 3 436
Bir görüşün tarixi - Heydər Əliyevlə ilk görüşüm xatirəmdə qaldı... + FOTO - VİDEO
Bir görüşün tarixi - Heydər Əliyevlə ilk görüşüm xatirəmdə qaldı... + FOTO - VİDEO
Bir görüşün tarixi - Heydər Əliyevlə ilk görüşüm xatirəmdə qaldı... + FOTO - VİDEO
Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə çoxları bu böyük insanla görüşləri və ünsiyyəti barədə təəssüratlarını bölüşürlər. Sizə təqdim edəcəyim həmsöhbətim keçmiş döyüşçü Azərbaycan Bayrağı Ordeni ilə təltif olunmuş Məmmədov Arif Bilal oğlu...

Məmmədov Arif Bilal oğlu 1 may 1954 -cü ildə Talış dağlarının zirvəsində Azərbaycanın füsunkar təbiəti, mavi Xəzəri, əzəmətli dağları, saysız hesabsız qalaları, zəngin və həddindən artıq diqqəti cəlb edən zümrüd meşələri, nadir ağacları, hayqıran çayları, çağlayan şəlalələri, zəngin flora və faunası ilə seçilən Lerik rayonunda dünyaya göz açıb. O, ömrünün 65-ci qışını qarşılayır. Ailə uşaq sahibi olan A.Məmmədov hazırda Gözəl təbiəti, yamyaşıl meşələri, tarix-mədəniyyət abidələri ilə zəngin olan Kürəyini yamyaşıl dağlara söykəyən, ayağını Xəzərin ləpələrində yuyan “cənub mirvarisi” Lənkəran rayonunda yaşayır.
Bədnəm qonşularımızın tarixi torpaqlarımıza göz tikməyi niyyəti xalqımıza bəlli olan gündən Arif Məmmədov digərləri kimi silaha sarılıb vətənin müdafiəsinə qalxan döyüşçülərimizdən olub. O, Şuşa, Malıbəyli, Kəlgicahan, Daşaltı, Kəlbəcər, Ağdərə, Laçın, Murov dağı, Füzüli, Tərtər, Ağdam döyüşlərində iştirak edib. 12 il 10 ay Azərbaycan Silahlı Qüvvələrində qulluq edib. 12 il 10 ayın 8 ilini Torpaqlarımız uğrunda gedən döyuşlərdə ermənilərə qarşı inadlı müqavimət göstərib. Döyüşlərdə qəhrəmanlıqla iştirak edib.
Bizi onunla həmsöhbət etməyə vadar edən amil isə tamami ilə fərqlidir. Yuxarıda qeyd etdiyimiz kimi 8 dekabr 1998-ci ildə Heydər Əliyevlə görüşün və həmin görüşdə 3 dəqiqəlik çıxışı zamanı şəxsən Heydər Əliyev tərfəindən leytenant rütbəsindən bir başa Mayor rütəbisinin verilməsi sorağı bizi Arif Məmmədovun yaşadığı ünvana gətirdi.
Arif Məmmədov xalqımızın ümummilli lideri Heydər Əliyev barədə xatirələrini bölüşdü.
O həmin tarixi belə xatırlayır: İlk dəfə prezidentlə qarşı-qarşıya söhbət etdiyi üçün çox həyacanlı olduğunu deyən müsahibim Həmin görüşün tarixçəsindən nə az, nə çox düz bu gün 20 il keçdiyini qeyd etdi. Bu gün 8 dekabr 2018-ci ildir. Yaxşı yadımdadır mən Heydər Əliyevin qarşısına çıxanda məni çox səmimi qəbul etdi.

Heydər Əliyevlə bağlı görüşümü Lerik rayonunda "Doğma Və Əziz İnsan" adlı yazıyla "Lerik, Tərəqqi Və Yüksəlişə Doğru" kitabı qələmə alıb kitablaşdırldı. Çünki mənim Heydər Əliyevlə bağlı xatirələrim Azərbaycanın müstəqillik yollarında addımlamasının tarixidir. Onları gələcək nəsillərə ərməğan etmək bizim borcumuzdur. Bu gün Azərbaycanda generalların sayı, az qala, Çin ordusunu keçir. Ermənilərə qarşı mübarizədə şücaət göstərən Milli Qəhrəmanlarımız da az deyil. Bir çoxları bu xidmətlərinə görə dövlət mükafatları da alıblar.
Müsahibimiz A.Məmmədov müasir, müstəqil və suveren Azərbaycan dövlətinin qurucusu olan ümummilli liderin müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında da söz açdı.
Heydər Əliyev ən dolaşıq məsələlərdə belə həssas idi. Onun insani keyfiyyətləri, alicənablığı və olduqca prinsipiallığı, düzgünlüyü aydın seçilirdi. Heydər Əliyev unikal potensiala malik görkəmli siyasi fiqur idi. Azərbaycanın lideri olaraq Heydər Əliyevdən danışarkən, biz onu uzaqgörən, güclü və iradəli bir şəxs kimi xarakterizə edirik. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Bu dövrün Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu isə azərbaycançılıqdır.
Heydər Əliyev kimi şəxsiyyətlər keçmişdən izsiz ayrılmırlar. Onların tarixdəki yeritəkcə yüksək səviyyəli rəhbər və liderlər üçün yox, sadə insanlar üçün də bir nümunə olmalıdır. Həm Azərbaycanda, həm də əvvəllər Sovet İttifaqı adlandırılan ərazidəki dövlətlər üçün.
Deyildiyi kimi, boş zaman yoxdur, boşa keçən zaman var. Məhz fəaliyyətinin hər dövründə zamanı boşa keçirməyən, əksinə, zamanı əməlləri ilə zənginləşdirən ulu öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olmuşdur. Ümumbəşəri xüsusiyyətləri özündə cəmləşdirən milli lider Heydər Əliyev milli dövlətçiliyi və azərbaycançılıq ideyalarını hər şeydən üstün tutmuşdur və o, xalqın öz Vətəninə ürəkdən bağlı olan nadir şəxsiyyətlərindəndir. Belə şəxsiyyətlər tarixin ən çətin və keşməkeşli dövrlərində milli ruhun enerjisindən, xalqın tarixi-siyasi tələbatından və genetik potensialından doğulur.
Azərbaycanın müasir dövlətçiliyi tarixində müstəqillik dövrünün arxada qalan hər ilinin öz yeri vardır. Müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyev qətiyyəti və müdrikliyi xalqımızı və Azərbaycanımızı həmişə xilas etmişdir. Ümummilli liderimiz keçilməsi mümkün olmayan maneələri dahiyanə yanaşması ilə böyük əzm və səylə qət etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir. Azərbaycan ziyalısını keçən yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin fəaliyyəti ilə strateji dövlət siyasəti müstəvisinə keçmişdir. Müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyev qətiyyəti və müdrikliyi xalqımızı və Azərbaycanımızı həmişə xilas etmişdir. Ümummilli liderimiz keçilməsi mümkün olmayan maneələri dahiyanə yanaşması ilə böyük əzm və səylə qət etmişdir.
Heydər Əliyev respublikanı həyata qaytardı. Bizim tanıdığımız, hazırda keçmiş Sovet İttifaqı respublikaları arasında ən dinamik inkişaf edən Azərbaycan onun zəkasının məhsuludur. O, heyrətamiz dərəcədə müdrik insan idi, çünki ehtirasların və ziddiyyətlərin didib-dağıtdığı bir ölkəni sakitliyə qaytara, vətəndaş sülhünü bərpa edə bildi.
Azərbaycan xalqının dahilik rəmzi olan Heydər Əliyevin dövlət, millət qarşısında tarixi xidmətləri zaman keçdikcə daha aydın görünür. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir.
Bəli, bu gün Azərbaycan sözün əsl mənasında yüksək sürətlə böyük zirvələrə doğru irəliləyir, Azərbaycan öz qüdrətini daha da artırır. Heydər Əliyevin siyasi xəttinin davamçısı olan Prezident İlham Əliyev hazırda Azərbaycanı müvəffəqiyyətlə siyasi və iqtisadi modernləşməyə doğru aparır. İqtisadiyyatın liberallaşdırılması, ölkənin geosiyasi və geoiqtisadi çəkisinin artması, vətəndaş ilə dövlət arasında vahid birliyin, ahəngdarlığın bərqərar olması Azərbaycanı yüksələn xətlə inkişafa aparır.
Dahi şəxsiyyətin siyasi kursunu davam etdirən cənab İlham Əliyev böyük əzmkarlıq və mətanət göstərməklə Azərbaycanımızı qət olunması çətin sayılan zirvələrə ucaldır, dövlətçiliyimizi və tarixi müstəqilliyimizi daha da möhkəmləndirir.

“Bu gün torpaqlarımızın 20 faizi işğal altındadır. Bir millət, bir dövlət kimi bizim ən müqəddəs vəzifəmiz işğal altındakı torpaqlarımızı azad etməkdir. Bu istiqamətdə ciddi addımlar atılıb. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatda və ordu quruculuğunda böyük nailiyyətlər əldə olunub. Azərbaycanda yüksək maddi-texniki bazaya malik, müasir silahlarla təchiz edilmiş, yüksək nizam-intizamlı, işğal altında olan torpaqları azad etməyə qadir ordu formalaşıb. 2016-cı il aprel döyüşləri göstərdi ki, biz işğal altında olan bütün torpaqlarımızı azad edəcəyik. Bu döyüşlər zamanı Azərbaycan Ordusu düşmənin daim öyündüyü və keçilməz adlandırdığı müdafiə xəttini bir həmlə ilə yararaq, qarşıya qoyulan tapşırığı uğurla yerinə yetirdi, işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdi. Əminliklə bildirirəm ki, ordumuzun gücü, Ali Baş Komandanımızın qətiyyəti və xalqımızın iradəsi ilə işğal altındakı bütün torpaqlarımız azad ediləcək və biz doğma yurdumuza qayıdacağıq", - deyə A.Məmmədov bildirib.

Müsahibimiz Lənkəran Mərkəzi Xəstəxanasının Mülki Müdafiənin Qərərgah Rəisi, Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan Bayrağı Ordeni ilə təltif olunmuş Mayor Məmmədov Arif Bilal Oğlu sonda qeyd etdi ki, Ulu öndər Heydər Əliyevlə görüşüm mənim üçün unudulmaz xatirələrdən biridir. Heç kəs unutmamalıdır ki, Azərbaycanı parçalanmaqdan qurtaran, beynəlxalq aləmdə tanıdan, bugünkü firavan, azad həyatımızın banisi məhz Heydər Əliyevdir. Arif Məmmədovun arzusu Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevlə görüşməkdir.

Məmmədov Arif Bilal oğlu 2 qız, 2 oğul və 5 nəvə sahibidir.
Hal-hazırda oğlu Məmmədli Şəhriyar Arif oğlu Bakı İdman Akademiyasının I (birinci) kurs tələbəsidir.

Müəllif Araşdırmaçı - Jurnalist Emin Haqq
REALNEWSİNFO.COM


Müzakirə (0)