Reklamlar
» » Azərbaycanlı yazıçı anasının avtomobillə vurulma anının kadrlarını paylaşıb - VİDEO

Azərbaycanlı yazıçı anasının avtomobillə vurulma anının kadrlarını paylaşıb - VİDEO

28.02.17
Yazar: Admin
Oxunma sayı: 298
Azərbaycanlı yazıçı anasının avtomobillə vurulma anının kadrlarını paylaşıb  - VİDEO
Yazıçı, kulturoloq Aydınxan Əbilov anasının avtomobillə vurulma anının kadrlarını paylaşıb.

Realnewsinfo.com xəbər verir ki, yazıçı anasının ötən gecə vurulduğunu bildirib.

Aydınxan Əbilov baş vermiş hadisəni belə qeyd edib: «Gecə zəng gəldi ki, Lənkəranda dünən ana-canımı mənim tapşırığıma görə bazarlıq etdiyi iri supermarketin qarşısında maşın vurub. Özü boynuna almır, amma günah yaşayış məntəqəsində sürətlə şütüyən xaricimarkalı avtomobilin vicdansız sürücüsündə olub. Avto-olaydır, onsuz da savadsız cəmiyyətin axırına çıxıb bu xaricdən gələn, sivil, intellektual insanlar üçün istehsal olunan texniki vasitələr. Adam kimi özünü aparmayan sürücü anamın sadə kənd qadını olduğunu görüb, gəlib evdə atıb, çıxıb gedib, nə kiməsə deyib, nə maraqlanıb, nə də təcili yardıma, həkimə xəbər edib. Gecədən artıq hadisənin videogörüntülərini çıxartmışam. Fəqət anam indi mənə yalvarır ki, yazıqdır, polisə vermə, qarğış edər, nə bilim, sən də sükan arxasındasan», - Aydınxan Əbilov «facebook» səhifəsində qeyd edib.


Realnewsinfo.com


Müzakirə (0)