Reklamlar
» » Oğlunun günahsız yerdə həbs olunduğunu iddia edən atanın müraciəti...

Oğlunun günahsız yerdə həbs olunduğunu iddia edən atanın müraciəti...

07.01.17
Yazar: Admin
Oxunma sayı: 376
Bölmə: Hadisə / Xəbərlər
Oğlunun günahsız yerdə həbs olunduğunu iddia edən atanın müraciəti...
Qəbələ rayon Zirinc kənd sakini Mehdiyev Musavər Ramazan oğlu Qəbələ prokurorluqunun və Şəki məhkəməsinin özbaşınalığından şikayətlənib.
Realnewsinfo.com-un redaksiyasına daxil olan şikayət məktubundaQəbələ rayon Prokuroru Məqsəd Orucov, Prokurorun muavini müstəntiq Elçin Sadıqov, Şəki rayon ağır cinayyətlər məhkəməsi Elxan Süleymanov, Şəki rayon məhkəmə köməkçisi Sərxan Mustafayev vəzifəsindən sui-istifadə edərək işə bir tərəfli baxdığı yazılır.
M.Mehdiyev bildirir ki, onun oğlu Mehdiyev Samir Musavər oğlu 2014-cu il mayın 21-də Qəbələ rayon Zirinc kəndində bir neçə şəxs tərəfindən şərlənərək 2015-ci ilin Dekabrın 11-də həbs olundu. Xatırladım ki hal-hazırda həbsdə olan oğlum 2000-ci il avqustun 24-də Qəbələ rayonu Zirinc kəndində dünyaya gəlib.
Oğlumu şərləyən şəxs İsayev Xəzər Arzu oğludur. İsayev Xəzər Arzu oğlu Bəndəliyeva Vusalə Elçin qızı ilə cinsi əlaqədə olduğu vaxt oğlum Mehdiyev Samir Musavər oğlu bunları birlikdə görübmüş. Həmin Bəndəliyeva Vusalə Elçin qızı bu cinsi əlaqədən sonra bir övlad dünyaya gətirib. Hal-hazırda həmin uşaq 1 yaş 8 aylıqdır. Bu dünyay gətirilən uşaq guya oğlumundur.
Kimə və hara muraciət etsəkdə şikayyətimizə baxan yoxdur. Şikayyətində bu vaxta qədər işlə bağlı heç bir müsbət addımın atılmadığından gileyləndiyini bildirən şikayyətçi M.Mehdiyev aidiyatı qurumlara müraciət edərək məsələyə obyektiv və qanuna uyğun şəkildə baxılmasını istədiyini bildirir.

Xəbəri diqqətimizdə saxlayacağıq.

Xəbəri hazırladı Araşdırmaçı Jurnalist Emin Ramazanov

REALNEWSINFO.COM


Müzakirə (0)