Reklamlar
» » Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi 12 gənci “yarasız” ETDİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi 12 gənci “yarasız” ETDİ

15.11.19
Yazar: Admin
Oxunma sayı: 51
Bölmə: Hadisə / Xəbərlər
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi 12 gənci “yarasız” ETDİ
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi 12 gənci “yarasız” etmək üçün onlara göndəriş verdiyi bildirilir.

Bu barədə dosye.org-a etibarlı mənbə məlumat verib. Belə ki, haqqından məlumat verdiyimiz “şantajçı polkovnik-leytenant” Nizami Nəbiyev şəxsi maraqlarını yenidən nəzərdən keçirməyə başlayıb. Məlumat üçün bildirək ki, Cəlilabad rayonu öz gəncləri ilə hər zaman öyünüb və onların vətən qarşısında müstəsna xidmətlərinin olduğu hər kəsə bəlidir. Lakin əfsüslər olsun ki, “şantajçı polkovnik-leytenant” Nizami Nəbiyev ona həvalə olunan vəzifədən sui-istifadə edərək gənlərimizi həqiqi hərbi xidmətdən yayındırır. Mənbə daha sonra əlavə edir ki, 12 gəncin həqiqi hərbi xidmətdən yayınması və onların gələcəkdə vətənə fayda vermədiyi barədə olduqca tutarlı məlumatlar verdi. Əslində, mənbəmizin fikirləri yuxarı dairələri düşündürməli və “şantajçı polkovnik-leytenant” Nizami Nəbiyev barəsində ciddi ölçü götürməlidir.

Ölkədə aparılan islahatlar və rüşvətxor məmurların sərt şəkildə cəzalandırılması davam etdiyi bir zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisləri sanki qorunur. Əlbətdə ki, bu cür neqativ hallar birbaşa dövlət başçısına qarşı planlaşdırılmış təxribat kimi dəyərləndirilir. Bir daha xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi “şantajçı polkovnik-leytenant” Nizami Nəbiyev 12 gənci vətənə xidmətdən yayındırdı. Lakin rəhbərlik hələdə susmağa üstünlük verir. Növbəti yazılarımızda 12 gəncin siyahısı ixtiyarınıza veriləcək və onların yenidən həkim komissiyasından keçirilməsi üçün Hərbi Prokurorluğa və digər qurumlara müraciət ediləcək. Bizi izləməyi unutmayın.

DOSYE.ORG


Müzakirə (0)