Reklamlar
» » Xəzər rayonunda Qəsəbə sədri saxtakarlıqla məşquldur - VİDEO - ARAŞDIRMA

Xəzər rayonunda Qəsəbə sədri saxtakarlıqla məşquldur - VİDEO - ARAŞDIRMA

27.09.19
Yazar: Admin
Oxunma sayı: 2 303
Xəzər rayonunda Qəsəbə sədri saxtakarlıqla məşquldur - VİDEO - ARAŞDIRMA
Saxtakar qruplaşma ,,peşəkarlıqla,, işlədiklərini zənn edərək, Xəzər rayonu Binə qəsəbə İcra Nümayəndəliyi Xəzər rayon keçmiş icra başçısı Gülağa İslamovun imzasından hələ də istifadə edir. Buradan belə bir sual yaranır... Xəzər rayon Binə qəsəbə İcra nümayəndəliyinə bu boyda səlahiyyətləri verən kimdir?

Göründüyü kimi, bu cür saxtakarlıqların üstü açılarsa, Xəzər rayon İcra Başçısı Elşən Salahovun, Xəzər rayon keçmiş icra başçısı Gülağa İslamovun, Ağdam rayon İcra Başçısı Vaqif Həsənovun, Xəzər rayon Binə qəsəbə nümayəndəliyində çalışan idarə heyyətinin işçilərinin başda qəsəbə sədri Tahir Əliyevin, Həmzə Mustafayevin bu yaxınlarda başını ağrıdacaq çox ciddi bir hadisənin olacağı gözlənilir. Sual yarana bilər ki, Ağdam rayon İcra Başçısı Vaqif Həsənovun Xəzər rayonu Binə qəsəbəsi ilə nə əlaqəsi var ki?
Cavab; Vaqif Həsənovun Xəzər rayonunda birinci müavin işlədiyi dövrlərdə Binə qəsə nümayəndəliyində çalışan Həmzə Mustafayev ilə sıx əlaqəsi olub. Vaqif Həsənovun əli o vaxtdan rüşvətə bulaşaraq sakinlərdən küllü miqdarda rüşvət tələb edib. Bütün bunlara baxmayaraq Vaqif Həsənov hələ İcra başçısı postunu icra edir. Heç bir dövlət qurumu bununla bağlı tədbir görmək istəmir. Bir sözlə Xəzər rayonu Binə qəsəbə nümayəndəlində Vaqifçilər və Gülağaçılar iş başında olaraq öz saxta və qanunsuz əməllərindən əl çəmək istəmir. Çünki, nəqədər ki, Vaqif Həsənov və Gülağa İslamov qanun qarşısında cavab verməyiblərsə bu belə də davam edəcək. Bu nə qədər davam edərsə bizdə, bu saxtakarlqıla məşqul olan yuxarıda adlarını qeyd etdiyim şəxslərin iş fəaliyyətləri barəsində aidiyyatı qurumlara müraciyyət edərik.

Bu səsyazısından məlumdur ki, Ağdam rayon ica başçısı təyin edilən Vaqif Həsənov hələ də Xəzər rayonunda “makler”likə məşğuldur.
Ağdam rayon icra başçısı Vaqif Həsənovun Xəzər rayon icra başçısının müavini işlədiyi dövrdə rüşvət alması ilə bağlı “youtube” sosial şəbəkəsində səs yazısı ilə bağlı məsələni mütləq ciddi şəkildə Ali Hakimiyət və hüquq muhafizə orqanları nəzarətə götürərək araşdırmalara başlamalıdı: Yoxsa kasıb vətəndaşların çoxu bu qan içən şəxslərin toruna düşə bilər. Həmin şəxslər Xəzər rayonu Binə qəsəbə icra numayəndəliyində çalışan səalhiyyətli şəxslərdən biri Binə qəsəbə sədri Tahir Əliyev, Xəzər rayon keçmiş icra başçısı Gülağa İslamov, Ağdam Rayon İcra Başçısı Vaqif Həsənovdur. Bu saxtakar qruplaşma (Vaqif Həsənov, Gülağa İslamov və yuxarıda adlarını qeyd etdiyim şəxslər) ,,peşəkarlıqla,, işlədiklərini zənn edərək, Xəzər rayonu Binə qəsəbəsini özünküləşdirməkdən başqa heç birşey bilmirlər.
Realnewsinfo.com xəbər verir ki, bu şəxslərin başını ağrıdacaq əsas məqam dövlət əhəmiyyətli idarənin girişində qəsəbə sədrinin və sədrin müavinin qəbul günləri yenicə divar löhvəsinə vurulmuş və orada Xəzər rayon İcra Başçısı Elşən Salahovun imzası göstərilməkdənsə, bunun tam əksi olaraq Gülağa İslamovun imzası ilə göstərildiyinii açıq aydın həm oxumaq həm də, görmək olur. Görəsən Binə qəsəbə nümayəndəliyinə rayonda fəailiyyət göstərən səlahiyyətli şəxslərdən gedən yoxdurmu? Yox əgər, gedən varsa bəs niyə bu saxtakarlıqı görən olmayıb? Xəbərdə gedən yazıları əldə etdiyimiz qanun pozuntusunun video çəkilişini gələn sayımızda sizə təqdim edərik.

Düşünürəm ki, müvafiq icra qurumlarının bu işə cəlb olunması ilə məsələ həllini tapa bilər. İstənilən halda müvafiq icra orqanları bu məsələni nəzarətə götürməlidirlər, monitorinq keçirilməlidir. Bu məsələnin həlli mümkünsüz deyil. İstənilən halda, istənilən məsələni həll etmək olar.
Qanunvericilyin tələbinə görə cinayət əməli haqqında mətbuatda yayılan məlumatlar cinayət işinin başlanmasına əsas verir. Çox maraqlıdır ki, səs yazısının və onunla bağlı xəbərlərin bir çox mətbuat orqanında yayılmasına baxmayaraq Ağdam Rayon İcra Başçısı Vaqif Həsənov məsələyə münasibət bildirməkdənsə, həmin yayılmış səs yazısının və Vaqif Həsənovun qanunsuzluqları barəsində verdiyim xəbərləri saytımızdan çıxarılması tələb edilir. Əks halda Vaqif Həsənovla bağlı gedən xəbərərlər saytımızdan silinməzsə başıma oyun açacaqlar. Hələ bu azmış kimi, Vaqif Həsənov mənim üçün bu səs yazısını yaydığıma görə ciddi tədbir görəcəyini xəbər göndərərir. Çox maraqlıdır görəsən Ağdam Rayon İcra Başçısı Vaqif Həsənova bu boyda səlahiyyətləri verən kimdir? Vaqif muəllim “Əgər bu səs yazısında böhtan varsa, böhtançı cəzasını almalıdır, yox əgər həqiqət varsa siz qanun qarşısında cəzalandırılmalısınız.

Haqlı olaraq Baş Prokurorluqa sual edirəm Vaqif Həsənovla bağlı araşdırmaya nə vaxt başlayacaqsınız?

Tezliklə bununla bağlı olaraq daha ətraflı məlumat verərik.

Belə ki, bu və digər əldə etdiyimiz korrupsiya faktlarını, qanun pozuntularını, həmin korrupsiya faktlarını təsdiq edən səs yazılarını, qanun pozuntularını təsdiq edən video görüntüləri yaxın günlərdə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və aidiyyatı qurumlara göndəriləcək.

- Reallıqdan çıxış etsək, deyə bilərik ki, Xəzər rayon Binə qəsəbə nümayəndəliyində çatışmazlıqlar müşahidə olunur. Deyəsən prezidentin sərt xəbərdarlığı Xəzər rayonunda fəaliyyət göstərən bəzi səlahiyyətli şəxslərə çatmayıb. Qeyd edim ki, Gülağa İslamov 21 Dekabr 2018-ci il Azərbaycan Respulikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Xəzər Rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilib.
Xatırladaq ki, Prezident İlham Əliyev Elşən Salahovun Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sənəd tərtibatında əlbir olmuş bir qrup şəxs barəsində ilginc məlumatların ortalıqa çıxarılması üçün ciddi şəkildə JURNALİST TƏHQİQATI aparılır. Nəticələri irəliləyən araşdırmalarımızda təqdim edəcəyik. Bu məsələ ilə əlaqədar olaraq dövlətimizin rəsmi qurumlarımızdan araşdırmamıza yardımçı olmağı xahiş edirik. Məqalədə adları çəkilən şəxslərin də qarşı tərəf kimi münasibətlərini dinləməyə hazırıq....(təfərrüatı növbəti məqaləmizdə)
Xəbərdə gedən yazıları əldə etdiyimiz qanun pozuntusunun video görüntülərini faktla gələn sayımızda sizə təqdim edərik.

Təqdim etdiyimiz faktlarla dövlət qurumlarının bu problemli məsələyə ciddi davranacağına ümid edirik.

Problemin varlığını və eləcədə bütünluklə bu məsələləri diqqətimizdə saxlayırıq.

Məqalədə adı çəkilən şəxslərin də qarşı tərəf kimi münasibətini dinləməyə hazırıq

XƏBƏRİ HAZIRLADI ARAŞDIRMAÇI - JURNALİST EMİN HAQQ

XƏBƏRİN ARDI VAR !!!

"REALNEWSİNFO.COM" PORTALI İLƏ ƏLAQƏ: tel; (+99455)- 349 97 72 , e-mail "Realmediagrouptv@gmail.com"


Müzakirə (0)