Reklamlar
» » XƏZƏR rayon BİNƏ qəsəbəsində KORRUPSİYONER MƏMURLAR sakinləri baxın necə aşağılayır / REAL TV

XƏZƏR rayon BİNƏ qəsəbəsində KORRUPSİYONER MƏMURLAR sakinləri baxın necə aşağılayır / REAL TV

06.03.19
Yazar: Admin
Oxunma sayı: 994
XƏZƏR rayon BİNƏ qəsəbəsində KORRUPSİYONER MƏMURLAR sakinləri baxın necə aşağılayır / REAL TV
Əgər Xəzər rayonu Binə qəsəbəsində yaşayan əhalini xaosa sürüklənməyini, vətəndaşla hakimiyyət arasında uçurumun daha da dərinləşməsini istəmiriksə, Ali Hakimiyət orqanları vəziyyəti bu yerə gətirib çıxaran, vəzifəsindən sui istifadə edərək qanunsuz əməllər törədən, vətəndaşı aşağılayan, vətəndaşların sosial həyatını ağırlaşdıran, Xəzər rayonu Binə qəsəbəsində korrupsioner məmurları cəzalandırmalıdır.
Xəzər rayonu Binə qəsəbəsində haqsızlığa, zülümə haqq qazandırıb, guya dövləti, dövlətçiliyi müdafiə edənlər ki, var, onlar əslində bir başa ölkədə xaos yaratmağa çalışan qüvvələrdirlər. Onların məqsədi vətəndaşlarla hökumət arasında dərin uçurum və nifrət yaratmaqdır. Bir sözlə Xəzər rayon İcra Hakimiyəti, Binə qəsəbə Bələdiyə sədri Habil Həmidov, Binə qəsəbə Sədri Tahir Əliyev, Ərəstun, Həmzə və bunların başında duran Ağdam rayon İcra Başçısı Vaqif Həsənov, Xəzər rayon keçmiş İcra Başçısı Gülağa İslamov vətəndaşları hakimiyyətə qarşı qıcıqlandırmaqla, sanki odun üzərinə barıt tökməklə məşğuldurlar. Bu adlarını sadaladığım korrupsiyoner, rüşvətxor dövlətin yollara ayırdığı pulları oğurlayan dırnaq arası "məmurların" tək məqsədi Binə qəsəbəsində yaşayan insanları daha da qəzəbləndirmək, aqressivləşdirməkdir.
Mən bir jurnalist olaraq çıxış yolunu haqqı deməkdə, vətəndaşı müdafiə edib sakitləşdirməkdə, insanların yaşayış durumunu və gediş-gəliş yollarında yaranmış bərbad vəziyyəti bu yerə gətirib çıxaran şəxsləri, harınlamış məmurları cəzalandırmaqda görürəm. Bəli bu gün mən haqq səsimi ucaldaraq deyirəm ki, bəli, vətəndaşlar haqlıdır qəzəblənməkdə, bəli, vətəndaşlara haqsızlıq edilir və bunu edən, ölkə rəhbəri cənab prezident İlham Əliyevin yolların bərpasına ayırdığı milyonlarla pulları oğurlayıb yeyən cibgir, oğru, məmurlar cəzalarını almalıdılar.
Vaqif Həsənov və onun korrupsiyoner əl altıları tribuna qarşısına çıxaraq deməlidirlər ki, bəli, Binə qəsəbəsində yaşayan vətəndaşlar qəzəblənməkdə haqlıdır, vətəndaşlara qarşı haqsızlıq etmişik, insanların sosial güzəranı ağırdır, Binə qəsəbəsində yaşayan insanları aqerssivləşməyə məhz biz edərək, vəzifəmizdən sui istifadə edərək vətəndaşları hakimiyətə qarşı çıxartmaq olub məqsədimiz. bu addımlar atılsa o zaman inanın ki, vətəndaşlara yaratdığınız hər hansı bir problemlə bağlı olaraq kiməsə nə qarşı çıxmaz, nədə ki, şikayət məktubları göndərməz.. Əhali nə istəyir ? Haqq, ədalət, normal həyat tərzi, normal dolanışıq. Bir sözlə Binə qəsəbəsində yaşayan insanlar özlərinə və ailələrinə qarşı məmurdan sayqı, dəyər görmək istəyir.


Nəticələri irəliləyən araşdırmalarımızda təqdim edəcəyik.

Problemin varlığını və eləcədə bütünlüklə bu məsələləri diqqətimizdə saxlayacağıq.

XƏBƏRİN ARDI VAR !!!

Çəkilişdə adı çəkilən şəxslərin də qarşı tərəf kimi münasibətini dinləməyə hazırıq

XƏBƏRİ HAZIRLADI ARAŞDIRMAÇI - JURNALİST EMİN HAQQ

REALNEWSINFO.COM

"REALNEWSİNFO.COM" PORTALI İLƏ ƏLAQƏ: tel; (+99450)- 330 73 07 , (+99455)- 349 97 72 e-mail "Realmediagrouptv@gmail.com"
Şahidi olduğunuz hadisə barədə bizə xəbər edin:


Müzakirə (0)