Reklamlar
» » Lənkəranskinin restoranında baş verən ölümlə bağlı - Məhkəmə işi

Lənkəranskinin restoranında baş verən ölümlə bağlı - Məhkəmə işi

19.12.18
Yazar: Admin
Oxunma sayı: 69
Bölmə: Hadisə / Xəbərlər
Lənkəranskinin restoranında baş verən ölümlə bağlı - Məhkəmə işi
Ailə vəziyyəti ağır olan yeniyetmə restoranda cəmi 1 gün işləyə bilib...

“Neon Palace” restoranında faciəli şəkildə ölən yeniyetmənin cinayət işi Nizami rayon Məhkəməsinə göndərilib.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilən Rəhimov Pərviz Telman oğlunun məhkəmə prosesinin hazırlıq iclasına hakim Rauf Əhmədov sədrlik edir. Qeyd edək ki, təqsirləndirilən P. Rəhimov restoranda administrator vəzifəsində çalışıb.

İttiham aktına görə, bu ilin sentyabr ayında Nizami rayonunda yerləşən “Neon Palace” restoranında Lənkəran şəhər sakini, 2002-ci il təvəllüdlü Qalib Tacəddin oğlu Əzimov ərzaq daşıyan liftlə tavanın arasında qalaraq dünyasını dəyişib. Belə ki, Q.Əzimov restoranda 1 gündür ki, işləyirmiş. Ailə vəziyyətinin ağır olmasına görə, 16 yaşlı yeniyetmə restorana ofisiant köməkçisi düzəlib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb.

Qeyd edək ki, dünyasını dəyişən şəxs mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin (Canıyev) qohumu olub. “Neon Palace” restoranının sahibi isə Lənkəranskinin qohumlarıdır. (Azər AzNews.az)


Müzakirə (0)