Reklamlar
» » 22 dekabr General Ramil Usubovun doğum günüdür. - Ramil Usubov FOTOLARDA

22 dekabr General Ramil Usubovun doğum günüdür. - Ramil Usubov FOTOLARDA

21.12.17
Yazar: Admin
Oxunma sayı: 489
Bölmə: Dünya / Xəbərlər
Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov üçün xüsusi əhəmiyyət daşıyıb. Realnewsinfo.com saytının məlumatına görə, bu gün Ramil Usubovun ad günüdür, nazirin 69 yaşı tamam olur.

Ramil İdris oğlu Usubov 22 dekabr 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbini, 1980-cı ildə isə SSRİ DİN-in Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

Ramil Usubov 1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış strukturlarında xidmət aparıb, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli-Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib.

1987-ci ildə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib, 1989-cu ilədək həmin vəzifədə işləyib.

1989-1991-ci illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, 1991-1992-ci illərdə Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-1993-cü illərdə Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin 11 avqust 1993-cü il tarixli fərmanı ilə 2-ci dəfə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin olunub.

Mərhum dövlət başçısı Heydər Əliyevlə Naxşıvanda birgə işləmiş Ramil Usubov, Heydər Əliyev Azərbaycan prezidenti seçiləndən az sonra Bakıya daha yüksək vəzifəyə gətirilir.

Belə ki, Heydər Əliyevin 29 aprel 1994-cü il tarixli fərmanı ilə Ramil Usubov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilir. Az sonra nazirin rütbəsi də artırılır - prezidentin 3 may 1994-cü il tarixli fərmanı ilə ona general-mayor, 26 dekabr 1995-ci il tarixli fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli fərmanı ilə isə general-polkovnik hərbi rütbəsi verilib.
Prezident Heydər Əliyevə ən sadiq nazirlərlərdən biri olan R.Usubov cinayətkarlıqla mübarizənin, ictimai təhlükəsizliyin təmin edilməsindəki xüsusi xidmətlərinə görə 24 dekabr 1998-ci il tarixində “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.


2005-ci il martında Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədovun çoxsaylı qətllər törədən və adam oğurlayan dəstəsi ifşa olunanda çoxları daxili işlər naziri Ramil Usubovun istefaya göndəriləcəyini güman edirdi. Lakin baş verənlərə rəğmən, R.Usubov vəzifəsini qoruya bildi və bu gün də Azərbaycan polisinə rəhbərliyini davam etdirir.

Gələn ilin aprelində Ramil Usubovun daxili işlər naziri vəzifəsində çalışmağının 20 ili tamam olacaq. O, 1918-ci ildən bəri Azərbaycanda ən uzun müddət daxili işlər naziri vəzifəsini daşıyan məmurdur. 1918-ci ildə əsası qoyulan bu strukturun başında R.Usubova qədər cəmi iki nəfər 10 ildən çox əyləşib ki, onlardan da heç birinin səlahiyyət müddəti 20 ilə çatmayıb. Stepan Yemelyanov 12 il (01.08.1929 – 05.02.1941), Ağasəlim Atakişiyev isə 10 il (10.07.1943 – 06.06.1953) daxili işlər naziri olub.
Daxili işlər naziri Ramil Usubovun üç övladı var.

Ramil Usubov Azərbaycanın beynəlxalq polis strukturlarına inteqrasiya olunmasında, dünya birliyi dövlətlərinin müvafiq qurumları ilə faydalı qarşılıqlı əlaqələrin təşkil edilməsində transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın möhkəmləndirilməsindəki xüsusi xidmətlərinə görə çox sayda müxtəlif yüksək mükafatlara layiq görülüb.
Məsələn, 2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Böyük zabit" ordeni ilə təltif olunub.

Ramil müəllimə uca Allahdan can sağlığı arzu edirik
22 dekabr General Ramil Usubovun doğum günüdür. -  Ramil Usubov FOTOLARDA
22 dekabr General Ramil Usubovun doğum günüdür. -  Ramil Usubov FOTOLARDA
22 dekabr General Ramil Usubovun doğum günüdür. -  Ramil Usubov FOTOLARDA
22 dekabr General Ramil Usubovun doğum günüdür. -  Ramil Usubov FOTOLARDA
22 dekabr General Ramil Usubovun doğum günüdür. -  Ramil Usubov FOTOLARDA
22 dekabr General Ramil Usubovun doğum günüdür. -  Ramil Usubov FOTOLARDA

XƏBƏRİ HAZIRLADI ARAŞDIRMAÇI - JURNALİST EMİN HAQQ


Realnewsinfo.com


Müzakirə (0)