Reklamlar
» DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV ƏHMƏDLİ VƏ DARDƏRƏ KƏND SAKİNLƏRİNİN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV ƏHMƏDLİ VƏ DARDƏRƏ KƏND SAKİNLƏRİNİN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB

20.12.18
Yazar: Admin
Oxunma sayı: 539
Bölmə: ---
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV  ƏHMƏDLİ VƏ DARDƏRƏ  KƏND SAKİNLƏRİNİN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB
Dekabrın 19-da Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu rayonun Əhmədli kəndində keçirilib.
Qəbulda Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əhmədli və Dardərə kənd sakinləri ilə görüşdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qeyd edib ki, yerlərdə səyyar qəbulların keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq sakinlərin təklif, şikayət və müraciətləri ilə yerində tanış olmaq, müvafiq tədbirlər görməkdir.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev kənd sakinlərinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələr haqqında geniş məlumat verib, həyata keçirilən tədbirlər barədə danışıb, kənd təsərrüfatının ayrı-ayrı sektorlarının inkişafı istiqamətində rayonda, o cümlədən ərazidə görüləcək işlərdən söz açıb.
Rayon rəhbəri xüsusilə vurğulayıb ki, ötən dövrlərdə Dardərə kəndinin də yerləşdiyi ərazi vahidliyində xeyli abadlıq-quruculuq işləri görülmüşdür.
Qəbulda sakinlər tərəfindən rayon mərkəzindən kəndə gələn avtomobil yolunun asfaltlaşdırılması, təbii qaz xəttinin çəkilməsi, nasaz elektrik dirəklərinin və naqillərinin dəyişdirilməsi və bəzi şəxsi məsələlərin həlli qaldırılıb.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlər tərəfindən olunmuş müraciətlərdə qaldırılmış məsələlərin həlli ilə bağı öz müvafiq tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib. Bəzilərinin icrası isə nəzarətə götürülüb.
Kənd sakinləri vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq bildiriblər.
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV  ƏHMƏDLİ VƏ DARDƏRƏ  KƏND SAKİNLƏRİNİN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV  ƏHMƏDLİ VƏ DARDƏRƏ  KƏND SAKİNLƏRİNİN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV  ƏHMƏDLİ VƏ DARDƏRƏ  KƏND SAKİNLƏRİNİN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV  ƏHMƏDLİ VƏ DARDƏRƏ  KƏND SAKİNLƏRİNİN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV  ƏHMƏDLİ VƏ DARDƏRƏ  KƏND SAKİNLƏRİNİN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB

"REALNEWSİNFO.COM" PORTALI İLƏ ƏLAQƏ: tel; (+99450)-330 73 07 , e-mail "Realmediagrouptv@gmail.com"
055 349 97 72 (WhhatsApp)


Müzakirə (0)